Beynəlxalq Şəffaflıq (Transparency International) təşkilatının bildirdiyinə görə, dünyaboyu korrupsiyanın həcmi artmaqdadır. Sorğunun nəticələri göstərir ki, 86 ölkədə hər 4 nəfərdən biri son 3 ildə rüşvət verib. Mərkəzi Almaniya paytaxtı Berlində yerləşən təşkilat bu gün, BMT-nin müəyyən etdiyi Beynəlxalq Korrupsiya ilə Mübarizə Günü səbəbilə hesabat açıqlayıb. İllik hesabata görə, korrupsiya tendensiyası barədə ictimai rəy baxımından ən bədbini Avropa və Şimali Amerikadır. Qlobal maliyyə böhranı bu regionlarda insanların rüşvətlə bağlı düşüncələrinə təsir etməkdə davam edir. Sorğuda iştirak edən avropalılaların 73 faizi, amerikalıların isə 67 faizi düşünür ki, rüsvət alınması halları artır.
Səhraaltı Afrika ən çox rüşvət verən regiondur. Orada respondentlərin yarısından çoxu son 12 ay ərzində rüşvət verdiyini bildirib.