Accessibility links

Ertuğrul Sağlam: Soydaşlarıma yardım etmək üçün Traktorsazi ilə anlaşdım


Ertuğrul Sağlam

Keçən sezon Təbrizin Traktorsazi komandasının baş məşqçisi Ertuğrul Sağlamın müqaviləsini yeniləyib. İran Azərbaycanına qayıtması gözlənilirdi, amma Türkiyə mediası onun Kayserispor komandası ilə 3 illik müqavilə imzaladığını bildirib.

Kayseriporu klubu ilə əməkdaşlığa başladıqdan sonra “beIN Sports Türkiyə kanalına müsahibə verən baş məşqçi Təbrizdə keçirdiyi günləri də anladıb.

Təbrizə getməyimdə ən önəmli faktor bu oldu ki, gedib bu kluba və bizim soydaşlarımıza, bizimlə eyni soydan olan insanlarımıza yardım etmək istədim...
Ertuğrul Sağlam

“Təbrizin çox gözəl bir şəhər və əhalisinin 99 faizinin türklərdən ibarət olduğunu” söyləyən Sağlam “milliyyətçilik duyğuları ilə və soydaşlarına yardım etmək üçün” Traktorsazi klubu ilə anlaşdığını önə çəkib.

Türkiyənin sabiq milli futbolçusu müsahibədə Təbriz haqqında bunları söyləyib:

“Təbrizə getməyimdə ən önəmli faktor bu oldu ki, gedib bu kluba və bizim soydaşlarımıza, bizimlə eyni soydan olan insanlarımıza yardım etmək istədim. Oraya milliyyətçi duyğularla getdim... Orada türkcə danışılır. İnsanlar gerçəkdən Türkiyəyə aşiqdirlər. Yüksək bir Türkiyə sevdası var. İranın tamamında da 30 milyona yaxın türk yaşayır... Türkiyəyə o qədər çox sevdalı olduqlarını oraya getdikdən sonra anlayınca açıqcası utandım.”

Ertuğrul Sağlam Təbrizdən ayrıldıqdan sonra Traktorsaziyə baş məşqçilik etdiyi üç aylıq müddətin “böyük sıxıntılar və problemlər ilə keçdiyini” bildirmişdi.

Sağlam “Traxtor” komandası ilə birlikdə ikən üzləşdiyi problemlər haqqında əlavə açıqlama verməyib. Amma azarkeşlərin sosial şəbəkələrdə paylaşdıqları yazılara əsasən, o həmin müddətdə bir çox məhdudiyyətlər ilə qarşı-qarşıya olub.

Bacarıqlı baş məşqçi həmçinin daha əvvəl Traktorsazi tərəfdarlarının məruz qaldığı basqıların səbəbini anlamadığını dilə gətirmişdi.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktorsazi klubu ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir. Komanda Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG