Accessibility links

ABŞ-da ilk seçki debatı həlledici rol oynaya bilər [Təhlil]


Həm Donald Tramp, həm də Hillari Klinton debatda uğurlu çıxışa ümid edir

Bazar ertəsi günü ABŞ-da keçiriləcək prezident seçkilərinə dair ilk seçki debatı 2016-cı il seçki kampaniyasında müəyyənedici rol oynaya bilər.

Demokrat Hillari Klinton və Respublikaçı Donald Tramp arasında keçiriləcək ilk debatı 100 milyondan çox insanın izləyəcəyi gözlənilir. Bu debat hər iki namizəd üçün çox mühümdür. Belə ki, izləyicilər yalnız onların nə dediklərinə yox, həm də onların sözlərini necə deyəcəklərinə və bir-birilərinə necə reaksiya verəcəyinə diqqət yetirəcəklər.

Amerikanı yenidən təhlükəsiz və möhtəşəm edəcəyik.
Donald Tramp

Debatda “hansı Tramp” səhnəyə çıxacaq?

Bu debat son sorğularda denokrat Hillari Klintondan bir neçə faiz arxada olan Donald Tramp üçün mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, respublikaçı namizəd son zamanlar əvvəlki çıxışlarından daha intizamlı hərəkətləri ilə aradakı fərqi xeyli azaltmağa müvəffəq olub. Tramp son çıxışlarında əsasən başlıca şüarına diqqəy yönəldir. “Amerikanı yenidən təhlükəsiz və möhtəşəm edəcəyik” – deyə Tramp Floridada çıxışı zamanı bildirib.

Bizim hamımız dəyərliyik. Dünyanın ən möhtəşəm ölkəsi olan Amerika Birləşmiş Ştatlarında biz hər kəsin bərabər yaradıldığına inanırıq.
Hillari Klinton

Öz növbəsində debat Hillari Klinton üçün də mühümdür. O, tərəfdarlarını qərarları barədə əmin etmək və daha müfəssəl iqtisadiyyata nail olmaq barədə mesajını səsləndirmək istəyir. Klinton eyni mesajı bir neçə gün öncə Orlando şəhərindəki çıxışı zamanı da səsləndirmişdi. “Bizim hamımız dəyərliyik. Dünyanın ən möhtəşəm ölkəsi olan Amerika Birləşmiş Ştatlarında biz hər kəsin bərabər yaradıldığına inanırıq” – deyə democrat namizəd bildirib.

NY Times-ın sorğusu
NY Times-ın sorğusu

Sorğulardakı fərq və qızğın mübarizə

Keçiriləcək 3 debatdan ilki adətən ən çox izlənilən debat olur. Ona görə də Corc Vaşinqton Universitetindən professor Metyu Dallek bu debalın həlledici rol oynaya biləcəyini deyir. “Hazırda mübarizə çoxlarının gözlədiyindən çox-çox yaxın rəqabətdə davam edir, ona görə də bu debat hər iki namizəd üçün önəmlidir” – deyə Metyu Dallek bildirir.

Prezidentliyə namizədlər arasında televiziya vasitəsilə yayımlanan ilk debat 1960-cı ilədə respublikaçı vitse-prezident Riçard Nikson və Massaçusets ştatından demokrar senator Con Kennedi arasında keçirilib.

XS
SM
MD
LG