Accessibility links

Tramp administrasiyası rəsmisinin Ağ Evlə bağlı tənqidi məqaləsi dərc edilib


Prezident Donald Tramp çərşənbə axşamı qəzəbli tvit ataraq New York Times qəzetindən anonim məqalə yazan administrasiya rəsmisinin adını açıqlamasını tələb edib.

Prezident Tramp adminsitrasiyasının yüksək vəzifəli rəsmisi olduğunu söyləyən şəxsin New York Times-da dərc etdiyi məqaləyə qəzəblənib. Həmin məqalədə rəsmi prezidentin işçilərinin onun ən pis impulslarının qarşısını aldığını iddia edir.

Twitter-də yazmadan öncə, Tramp belə bir “yüksək səviyyəli rəsminin” olub-olmadığını sual edib.

“Əcəb işə düşmüşük. Sizin bu riyakar mediadan xəbəriniz var, çünki siz də onları izləyirsiniz. Bu, həqiqətən də rüsvayçılıqdır. Mən bunu demək istəyirəm ki, heç kəs bu administrasiyanın gördüyü işləri görməyib”, Tramp söyləyib.

Ağ Evdə ölkənin bir neçə şerifini qəbul edən Tramp Twitterdə məqaləni yazan anonim şəxsi “qorxaq”adlandırıb.

Müəllif məqalədə Trampı qeyri-əxlaqi, ticarət və demokratiya əleyhinə insan adlandırır.

“Bu, həqiqətə uyğundur. Onun səbr kasası daşan vaxtlarda yanında olan insanlar olaraq, biz bilirik ki, belə anlarda onun yanında olub, onun söyədiklərini eşitmək istəmirik. Ən əsası isə, Allah eləməsin ki, o, bu ölkəyə zərər vuracaq çox pis qərar verdiyi zaman o otaqda olaq” – deyə, demokrat senator Dik Dörbin bildirib.

“Mən onu oxudum. Amma kimin yazdığını bilmirəm”, respublikaçı senator Ted Kruz söyləyib.

New York Times məqaləsində Trampın prezidentliyini tamamilə qınanmır, bu isə Vaşinqtonda məqalənin müəllifinin Respublikaçı adminitrasiyasının gündəmini dəstəkləyən biri olduğuna dair spekulyasiyalar yaradıb.

XS
SM
MD
LG