Accessibility links

ABŞ prezidenti Donald Tramp Koreya Demilitarizasiya Zonasına gedə bilər


ABŞ prezidenti Donald Tramp müxbirlərə deyib ki, gələn ay beş Asiya ölkəsinə planlaşdırılmış səfəri zamanı o, Koreya Demilitarizasiya Zonasına getməyin mümkünlüyünü nəzərdən keçirir.

Cənubi Koreya mətbuatı Trampın Cənubi və Şimali Koreyaları biri-birindən ayıran ərazidə yerləşən ağır silahlanmış Koreya Demilitarizasiya Zonasına getmək ehtimalı olduğunu bildirib.

Tramp bunun vitse-prezident Mayk Pensin apreldə bu əraziyə etdiyi səfəri ilə bənzər səfər olub-olmayacağı barədə verilən sualı birbaşa cavablandırmayıb.

Bu növ səfərlər şimali koreyalılar tərəfindən fitnəkar akt kimi qiymətləndirilir.

Gələn ay beş Asiya ölkəsinə səfəri zamanı Tramp Şimali Koreyanın nüvə silahları inkişaf etdirməsinə qarşı təyziqləri artırmağa, eyni zamanda Amerika iqtisadiyyatının regiondakı maraqlarını təşviq etməyə çalışacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG