Çin Xarici İşlər Nazirliyi yeni seçilmiş prezident Donald Trampın Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə telefon danışığı aparması səbəbindən ABŞ tərəfinə etiraz notası ünvanlayıb.
"Biz artıq ABŞ tərəfinin diqqətini yayılan məlumatlara yönəltmişik və sərt etirazımızı bildirmişik", - deyə bəyanatda qeyd edilib.
Biz artıq ABŞ tərəfinin diqqətini yayılan məlumatlara yönəltmişik və sərt etirazımızı bildirmişikÇin XİN-nin bəyanatı
Bununla yanaşı, məlumatda deyilir ki, "dünyada cəmi bir Çin mövcuddur və Tayvan onun ayrılmaz hissəsidir".
1970-ci ildən bəri ilk dəfə yaşanan ABŞ-ın prezidenti seçilmiş şəxsin Tayvan liderinə telefon zəngində Tsay bildirib ki, onun hökumət ABŞ-la güclü əlaqələrin olmasını istəyir. Bu barədə məlumat bu gün açıqlanan bəyanatda verilib. O, xüsusilə ABŞ-ın Tayvanın beynalxalq arenaya çıxmasına kömək etməsini istəyir.
"Prezident Trampa bildirib ki, o, gələcəkdə də ABŞ tərəfinin Tayvana beynəlxalq münasibətlərdə iştirakına və daha çox yardım etməsinə imkanlar yaradacağına ümid edir" - deyə bəyanatda deyilir.
Çin Tayvanın BMT kimi beynəlxalq təşkilatlara qatılmasının qarşısını alır. Diplomatik təcrid həm də Tayvan başqa ölkələrlə ticarət razılıqları əldə etməsinə ciddi maneələr yaradıb.
Çinin etirazına baxmayaraq ABŞ hökuməti Tayvana əvvəllər təkmilləşdirilmiş silahlar satıb. Çin isə bu ərazinin əvvəl-axır Çinə birləşəcəyini inadla bildirir. Pekin hətta lazım olacağı təqdirdə hərbi gücdən də istifadə edəcəyini istisna etmir.