Accessibility links

Tramp: Çinlə ticarət sazişi 2020-ci il prezident seçkilərindən sonrakı müddətə qala bilər


ABŞ prezidenti Donald Tramp deyib ki, Çinlə yeni ticarət sazişinin əldə edilməsi 2020-ci ilin prezident seçkilərindən sonrakı müddətə qala bilər. Bu haqda çərşənbə axşamı Londonda danışan Tramp bildirib ki, Çin ilə ticarət və tarif münaqişəsinə son qoyacaq razılaşma üçün müəyyən vaxt, ya da son möhlət yoxdur.

"Əgər mənu etmək istəsəm, Çinlə razılaşma əldə edə bilərəm. Onlar istədi deyə deyil, mən istədiyim üçün. Görək nə olacaq" – deyə, Tramp bildirib.

ABŞ ticarət naziri Vilbur Ross çıxış zamanı bildirib ki, razılığın nə vaxt əldə olunacağı əhəmiyyətli deyil.

"ABŞ Prezidenti Donald Tramp dedi ki, bu razılığın ləngiməsi ehtimal olunur. Düşünürəm ki, onun məqsədi doğru qərar qəbul etməkdir. Qərarın bu ay, yoxsa gələn ilin dekabr ayında açıqlanması məsələsi vacib deyil. Vacib olan qərarın düzgünlüyüdür."

O bildirib ki, əgər qərar qəbul edilsə, bunun üçün dekabrın ortaları daha təbii müddət hesab edilir.

Lakin ticarət katibi CNBC telekanalına bildirib ki, Çin ilə nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etsə də, yüksək səviyyədə danışıqlar hələ planlaşdırılmayıb.

Şərhlərə bax

XS
SM
MD
LG