Accessibility links

Donald Tramp: İslam Dövlətinə qarşı mübarizə gücləndirilməlidir [Video]


Donald Tramp: İslam Dövlətinə qarşı mübarizə gücləndirilməlidir
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Andiçmə mərasimindən əvvəl Birləşmiş Ştatların kəşfiyyat icmasını tənqid edən Donald Tramp şənbə günü Mərkəzi Kəşfiyyat İdarəsinin işçilərinə onların arxasında durduğunu deyib. Prezident agentliyin Virciniya ştatının Lenqli qəbəsindəki baş qərargahında olub.

Ölkəyə liderliyə başlamasının ilk günü prezident Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin işçi heyətinə onları dəstəklədiyini bildirib. “Mən sizin arxanızdayam. Mən bilirəm, bəzən siz istədiyiniz qədər dəstəyi ala bilməmisiniz. Siz bu dəstəyi alacaqsınız. Bəlkə də siz ”bizə bu qədər dəstək verməyin” deyəcəksiniz”.

O qarşısında toplaşan təxminən 400 nəfərə Birləşmiş Ştatların İslam Dövləti qrupuna qarşı mübarizəni gücləndirməli olduğunu deyib. “Biz əvvəlki müharibələrdən çox bu müharibələrdə iştirak edirik. Biz sahibı olduğumuz real imkanlarımızdan istifadə etməmişik. Biz İŞİD-dən qurtulacağıq. Başqa yol yoxdur.”

Tramp medianı onun kəşfiyyat orqanları ilə düşmənçilik apardığı kimi yanlış bir təsəvvür yaratmaqda ittiham edib.

Vəzifəsinin icrasına başlamazdan əvvəl Tramp kəşfiyyat orqanlarını Rusiyanın onun haqda kompromata malik olduğuna dair təsdiq olunmayan məlumatların sızdırılması ilə əlaqədar tənqid etmişdi.

O, Twitter səhifəsində “Kəşfiyyat orqanları belə saxta xəbərlərin ictimaiyyət arasında yayılmasına imkan verməməli idi" yazmışdı.

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq təhlilçisi Aki Peritz deyib ki, bu səddi qaldırmaq üçün bir görüş kifayər etməyə bilər. “Mərkəzi Kəşfiyyat İdarəsinin işçiləri çox ağıllı, peşəkar və çox savadlıdırlar. Bir görüşlə onların hazırkı prezidentlə bağlı dərin narahatlıqlarının dəyişəcəyini gözləmək olmaz."

Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə nominasiya etdiyi Mayk Pompeo haqda yüksək fikir söyləyib. Senatın onun namizədliyini bazar ertəsi təsdiq edəcəyi gözlənilir.

Ağ Evdə prezidentin mətbuat katibi inaqurasiya ilə bağlı xəbərlərə görə medianı kəskin tənqid edib. Şon Spenser xəbər agentliklərini inaqurasiya günü izdihamın miqyasını azaltmaqda ittiham edib. “İnaqurasiya coşqusunun azaldılması kimi bu səylər biyabırçılıqdır və səhvdir.”

Bu, Trampın vəd etdiyi kimi, məşğul günlərin başlaması deməkdir.

XS
SM
MD
LG