Accessibility links

Səbəb olaraq Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Kominin büronu effektiv idarə edə bilməməsi göstərilir

Prezident Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komini vəzifəsindən azad edib. Səbəb olaraq, Kominin büronu effektiv idarə edə bilməməsi göstərilir.

Çərşənbə axşamı Trampın Ağ Ev tərəfindən yayılan məktubunda deyilir ki, “çox vacibdir ki, vətəndaşların FBI-a inamı və əminliyi bərpa edə biləcək yeni rəhbərlik təyin edilsin.”

Ağ Evdən verilən məlumata görə yeni direktor axtarışı dərhal başlayacaq.

Sabiq prezidentliyə namizəd Hillari Klinton Kominin seçkilərin nəticələrinə təsir etməkdə ittiham edib.

FBI direktorları 10 illik müddətə təyin edilirlər. 56 yaşlı Komi bu vəzifəyə 4 il öncə təyin edilmişdi.

Komi keçən ilki ABŞ prezidenti seçkilərində əhəmiyyətli rol oynamış şəxslərdən biri hesab olunur.

Sabiq prezidentliyə namizəd Hillari Klinton Kominin seçkilərin nəticələrinə təsir etməkdə ittiham edib. Keçmiş dövlət katibinin sözlərinə görə, büronun onun yazışmalarını seçkilərə iki həftə qalmış yenidən araşdımağa başlamasının seçicilərə təsiri olub.

Seçkilərə iki gün qalmış isə Komi Klintonun rəsmi yazışmalarında səhlənkarlığa yol verməsi ilə bağlı şübhələrin təsdiqini tapmadığını bildirmişdi.

XS
SM
MD
LG