Accessibility links

Vaşinqtondakı Tramp Hoteldə Azərbaycanın “Hanuka Parti”si [Video-Foto]


Tramp Hotelin qarşısında etirazlar
Tramp Hotelin qarşısında etirazlar

Dekabrın 14-də Azərbaycanın ABŞ-dakı səfirliyi paytaxt Vaşinqtonda Ağ Evdən bir neçə küçə aralıda yerləşən Trump International Hotel – Tramp Beynəlxalq Holetində yəhudilərin müqəddəs bayramı olan Hanukanı qeyd etmək üçün tədbir təşkil edib. Tədbirin digər təşkilatçısı isə Amerika Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı olub. "Hanuka Parti" qapalı keçirildiyindən yalnız dəvət olunmuş şəxslər orada iştirak edə bilib. Tədbirə 150-200 adamın dəvət edildiyi bildirilir.

Yayılan məlumatlara görə, dəvətnamələrdə tədbir zamanı “azadlıq və müxtəlifliyin” qeyd ediləcəyi deyilib. Ev sahiblərindən olan “Prezidentlərin Konfransı” təşkilatı 50 yəhudi təşkilatının rəhbərliklərini özündə cəmləşdirib. Ancaq Hanukanın Tramp Hoteldə qeyd edilməsi bəzi nümayişlərə yol açıb.

“Freedom Now”un aksiyası

Mərasim başlamamışdan əvvəl “Freedom Now” təşkilatı Tramp Hotelin qarşısında aksiya keçirib. Təxminən 20 nəfərdən çox insanın iştirak etdiyi piketə qatılanlar əsasən amerikalılar olub. Onlar “Siyasi Məhbusları Azad Edin!”, “Jurnalistləri Azad Edin!” və başqa şüarlar yazılmış plakatlar qaldırıblar. Aksiyaya toplaşanlar qarşısında çıxış edən “Freedom Now” təşkilatının təsisçisi Ceyrd Qenser özünün də yəhudi olduğunu və Prezidentlərin Konfransı təşkilatının Azərbaycan səfirliyi ilə birgə tədbir keçirməsindən məyus olduğunu bildirdi: “Mən başa düşürəm ki, Azərbaycan ABŞ və İsrailin yaxın müttəfiqidir. Ancaq biz dostlarımızla həqiqəti səmimi və dürüst danışa bilməliyik. Əgər onlar həqiqətən əsl dostdurlarsa, o zaman onlar yəhudi qruplar və başqaları ilə Azərbaycandakı basqılar barədə açıq şəkildə danışa bilməlidirlər”.

Azərbaycanda 150-dən çox insan haqları müdafiəçiləri, vəkillər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları həbsdədir. Azərbaycan özünü Qərb təmayüllü demokratiya kimi önə çəkir. Ancaq biz insanlara bunun həqiqət olmadığını çatdırmaq istəyirik”.
Karl Horborq

Cənab Qenser çıxışının sonunda xüsusilə tədbirə qatılan yəhudi liderləri Azərbaycandakı vəziyyətlə bağlı Azərbaycanın səfiri ilə söhbət aparmağa çağırıb.

Təşkilatın digər nümayəndəsi Karl Horborq isə Amerikanın Səsinə açıqlamasında aksiyanı keçirməkdə məqsədlərinin Azərbaycanda hazırda davam edən basqıları diqqətə çatdırmaq olduğunu bildirib: “Azərbaycanda 150-dən çox insan haqları müdafiəçiləri, vəkillər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları həbsdədir. Azərbaycan özünü Qərb təmayüllü demokratiya kimi önə çəkir. Ancaq biz insanlara bunun həqiqət olmadığını çatdırmaq istəyirik”.

Freedom Now təşkilatından Karl Horborq
please wait

No media source currently available

0:00 0:00:47 0:00

"Hanuka Parti"yə etiraz edən yəhudi qrup və azərbaycanlılar

Əsasən gənclərdən ibarət olan böyük yəhudi qrup isə “Hanuka Parti”nin keçirildiyi məkana etiraz ediblər. Yüzlərlə adamın qatıldığı yürüş Azadlıq Plazasından Tramp Hotelin qarşısınadək davam edib. Daha sonra hotelin qarşısında dayanan etirazçılar orada müxtəlif şüarlar səsləndiriblər. Yürüşün təşkilatçısı “IfNotNow” koalisiya təşkilatı olsa da, nümayişçilər arasında İudaizm İslahatları Birliyi, Yəhudi Qadınların Milli Şurası və HİAS kimi təşkilatların nümayəndələri də yer alıb.

Aksiyaya ABŞ-da yaşayan bir neçə azərbaycanlı da qatılıb. Onlar “Səsimin boğulması üçün yəhudilərin dəstəyinə son qoyun!”, “İsrail-Əliyev müttəfiqliyinə son qoyun!” şüarları yazılan plakatlar qaldırıblar.

Vaşinqtonda Tramp Hotelin qarşısında etiraz aksiyası
please wait

No media source currently available

0:00 0:00:46 0:00


Biz düşünürük ki, Azərbaycan müsbət qarşılanmalıdır, çünki çox az müsəlman ölkəsinin İsraillə yaxşı münasibətləri var. Bəzi insanlar İsrailin müsəlman olduğunu söyləyir. Ancaq burada İsrail və Azərbaycanın yaxşı münasibətləri var.
Mark Lazerson

Dəstək

Qarşı tərəfdə isə “Yəhudilər Tramp Uğrunda” adlı aksiyası tədbirə dəstək mahiyyəti daşıyıb. Aksiyaçılar "Hanuka Parti"yə etiraz edənlərə qarşı çıxaraq ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Trampı dəstəkləyən şüarlar səsləndiriblər. Onlardan biri Mark Lazerson Amerikanın Səsinə etiraz edən yəhudilərə və azərbaycanlılara münasibətini bildirib: “Onlar prezident seçilmiş Donald Trampa düşmən münasibət bəsləyirlər. Ancaq mən Trampı dəstəkləyirəm. Bəzi etirazçıları isə "Hanuka Parti"nin Azərbaycan səfirliyi tərəfindən təşkilinə etiraz edir. Biz düşünürük ki, Azərbaycan müsbət qarşılanmalıdır, çünki çox az müsəlman ölkəsinin İsraillə yaxşı münasibətləri var. Bəzi insanlar İsrailin müsəlmanlara düşmən olduğunu söyləyir. Ancaq burada İsrail və Azərbaycanın yaxşı münasibətləri var”.

"Hanuka Parti" və Trampı dəstəkləyən Mark Lazerson
please wait

No media source currently available

0:00 0:00:25 0:00


Yerli medianın yazdığına görə, Tramp Hoteldə iştirak edənlərin böyük əksəriyyəti axşam saatlarında Ağ Evdə təşkil ediləcək “Hanuka Parti”yə də dəvət ediliblər.

XS
SM
MD
LG