ABŞ-da prezidentliyə Respublikaçı namizəd Donald Trampın 20 illər yaxındır ödədiyi vergilərə dair qalmaqal ABŞ seçki yarışının əsas mövzusuna çevrilib. Demokrat namizəd Hillari Klinton sadə vergi ödəyicilərinin xərcləri sayəsində özünü zənginləşdirməkdə ittiham etsə də, Trampın müttəfiqləri leqal yolla milyonlarla dollarlıq vergidən yayınmağın dahilik əlaməti olduğunu bildirir.
Klintonun kampaniyası Twitter hesabında yeni video yayaraq "Donald Trampın insanların xərcləri üzərində zənginləşən uğursuz biznes" adlandırıb.
"Bunu onun vergi sənədlərinin 3 səhifəsi göstərir. İndi təsəvvür edin o nələri gözlədir" - deyə video başa çatır.
Klintonun bu video mesajı həftə sonu New York Times qəzetinin yaydığı məlumata əsaslanıb. Məlumat Respublikaçı namizədin 1995-ci il vergi sənədlərinin bir hissəsini açıqlayıb. Orada deyilir ki, Tramp həmin 916 milyon dollarlıq biznes itkisi göstərib və bu itki o qədər böyük olub ki, qanunlara əsasən daşınmaz əmlak maqnatı 18 ilədək vergi ödəmək öhdəliyindən azad edilib.
Trampın kampaniya rəsmiləri məlumatın dəqiqliyini rədd etməyiblər və belə bir tvitlə cavab veriblər: "Mən bizim vergi qanunlarımızın nə qədər mürəkkəb olduğunu indiyədək mübarizə aparmış bütün prezidentliyə namizədlərdən yaxşı bilirəm və mən bunu düzəldə biləcək yeganə şəxsəm".
Xatırladaq ki, Donald Trampın vergi qalmaqalı sentyabrın 26-da iki namizəd arasında keçirilən ilk seçki debatında yenidən gündəmə gəlmişdi. Hillari Klinton Respublikaçı namizəddən vergi sənədlərini açıqlayaraq səffaflığı təmin etməyi tələb etmişdi. Donald Tramp isə cavabında "Mən Hillari pozduğu 33 min emaili açıqlayandan sonra vergi sənədlərimi açıqlayacağam" deyə bildirmişdi.