Birləşmiş Ştatlar prezidenti Donald Tramp Mosulun İslam Dövləti qrupunun döyüşçülərindən azad edilməsi münasibətilə İraq xalqını, ölkənin baş nazirini və təhlükəsizlik qüvvələrini təbrik edib.
İraqın baş naziri Heydər Əl-Abadi İŞİD üzərində qələbə çalındığını bazar ertəsi İslam Dövləti qrupunun xilafətin paytaxtı elan etdiyi Mosul şəhərinin azad edildiyi zaman rəsmən elan edib.
Mosulun azad edilməsi paytaxt Bağdadda bazar ertəsi gecə saatlarınadək bayram edilib.
"Biz İraq xalqını İraq ordusunun əldə etdiyi qələbə münasibətilə təbrik edirik. Biz bu qələbəni bütün İraq qüvvələrinin cəsarəti sayəsində qazandıq. Biz İŞİD-in tamamilə kökünün kəsiləyəcəyinə və bütün köçrünlərin evlərinə dönəcəyinə ümid edirik", Bağdad sakini Əli Möhsün bildirir.
Mosuldan Bağdada geri dönən baş nazir Abadi İraq ordusunun İslam Dövləti qrupunun bütün şəbəkələrinin məhv edilməsi də daxil olmaqla, ölkədə sabitliyin tam bərpa edilməsi kimi sınaqlarla qarşılaşdığını deyib.