Accessibility links

Kanadanın xarici işlər naziri ticarət razılığına dair danışıqları bərpa etməkdə maraqlıdır


Kanadanın yüksək vəzifəli rəsmisi, xarici işlər naziri Kristia Friland Tramp administrasiyası ilə danışıqlara yenidən başlamaq üçün paytaxt Vaşinqtona gəlir.

Tramp bazar ertəsi Kanadanın danışıqları bərpa etməkdə maraqlı olduqlarını deyib. Tramp bundan əvvəl NAFTA-ya dəyişiklik etmək məsələsində Meksika ilə razılıq əldə edilməsini alqışlayıb.

NAFTA-nın əsas üzvü olan Kanada bu razılığın bir hissəsi deyil.

“Biz danışıqlara start verəcəyik və əgər onlar ədalətli danışıqlar aparmağa razıdırsa, biz bunu edəcəyik. Onlar bəzi süd məhsullarına az qala 300 faiz tarif tətbiq edir. Biz buna razı ola bilmərik. Düşünürəm ki, Kanada ilə bağlı bizim edəcəyimiz ən asanı oradan gələn avtomobillərə tarif tətbiq etməkdir. Bu böyük miqdarda puldu və bu çox sadə məsələni bir gündə müzakirə etmək olar və növbəti gün artıq biz böyük miqdarda pul əldə edəcəyik” deyə Donald Tramp bildirib.

Kanada Amerikanın 2-ci ticarət tərəfdaşıdır.

Kanadanın yüksək vəzifəli nümayəndəsi yeni müqavilə ilə razılaşmasa, dəyişiklik edilmiş ticarət razılığının təkcə Meksika il imzalanması Trampa sərf edib-etməyəcəyi sual edilir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG