Accessibility links

Tramp kürəkənini özünə baş müşavir təyin edib


Cared Kuşner
Cared Kuşner

ABŞ-ın növbəti prezidenti Donald Tramp kürəkəni Cared Kuşneri özünün baş müşaviri təyin edib.

Trampın keçid komandasının rəsmisi deyib ki, Kuşnerin rolu ticarət və Yaxın Şərq məsələləri üzərində çalışmaqdan ibarət olacaq.

Trampın qızı İvankanın həyat yoldaşı olan Kuşnerin vəkili deyib ki, o, ailəsinə məxsus daşınmaz əmlak biznesinin icraçı direktorluğundan istefa verməyi və bütün səhmləri və xarici investisiyalarından əl çəkməyi planlaşdırır.

Trampın qızı İvankanın həyat yoldaşı olan Kuşnerin vəkili deyib ki, o, ailəsinə məxsus daşınmaz əmlak biznesinin icraçı direktorluğundan istefa veməyi və bütün səhmləri və xarici investisiyalarından əl çəkməyi planlaşdırır.

Konqresin demokrat 6 üzvü baş prokuror Loretta Linçə və ABŞ Hökumət Etika İdarəsinə məktub yazaraq 1967-ci ilin qanununu xatırladıb. Həmin qanuna görə, dövlət məmuru ailə üzvünü özü çalışdığı eyni agentlikdə vəzifəyə təyin edə bilməz.

Ceff Seşşins
Ceff Seşşins

Ancaq Kuşnerin vəkili bildirib ki, bu qanun prezidentə şamil olunmur, çünki Ağ Ev heç bir agentlik hesab edilə bilməz.

Bununla yanaşı, bu gün ABŞ Senatında Alabama senatoru Ceff Seşşinsin təsdiqlənməsinə dair dinləmək başlayır. Tramp onu baş prokuror vəzifəsində nominasiya edib. Demokratlar Seşşinsin xüsusilə mühacirət məsələlərində qatı mühafizəkarlığına dair suallar qaldırır.

Seşşinsdən başqa bu həftə Trampın daha 7 kabinet üzvünə dair dinləmə keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG