Accessibility links

ABŞ prezidenti xarici səfərindən döndükdən sonra ilk gününə mətbuatın tənqidi ilə başlayıb


ABŞ prezidenti xarici səfərindən döndükdən sonra ilk gününə mətbuatı tənqid etməklə başlayıb. Donald Tramp mətbuatı Ağ Evdə qalmaqal, onun yardımçılarının istintaqı və Rusiya ilə əlaqələrinə dair yalan xəbərlər yaymaqda günahlandırıb.

Ağ Evdən məlumatların sızdığı uydurmadır

Prezident Twitter hesabında şəfərini Amerikanın böyük nailiyyəti adlandırıb. O yazıb ki, çətin olsa da, böyük nətcələr əldə edilib.

Mətbuata gəlicə isə Tramp "Ağ Evdən məlumatların sızdığı uydurmadır. Bu xəbərlər #FakeNews media tərəfindən yayılır. 'Mənbələrin bildirdiyinə görə' ifadəsi gördükdə bunun yalan xəbər olduğu anlaşılır. #FakeNews düşməndir!"- deyə yazıb.

ABŞ dövlət başçısı vətəninə döndükdən sonra Ağ Ev onun seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin olduğuna dair ittihamlara cavab olaraq aktiv səylər görməyi planlaşdırır.

Trampın müşavirləri onun noyabrda keçirilən prezident seçkilərindən əvvəl və sonra Rusiya ilə əlaqələri ilə bağlı söz-söhbətə qarşı mübarizə aparmaq üçün “müharibə otağı”, yəni siyasi strategiyanın planlaşdıran komanda yaratmağı planlaşdırır. Eyni zamanda isə Trampa yaxın administrasiya rəsmilərinin Reutersə verdiyi məlumata görə, onlar Ağ Evə yeni məsləhətçilər gətirir.

XS
SM
MD
LG