Accessibility links

Hesabat: Tramp Əfqanıstandakı ABŞ ordu komandirinin işdən çıxarılmasını təklif edib


ABŞ prezidenti Donald Tramp bu yaxınlarda təklif edib ki, Əfqanıstandakı ABŞ ordu komandiri işdən çıxarılsın. ABŞ mediasının avqustun 2-də yazdığına görə, səbəb kimi həmin ölkədə Talibana qarşı müharibənin dalana dirənməsi göstərilib.

Məlumatda deyilir ki, ötən ay müşavirləri ilə görüşdə Tramp Əfqanıstanda irəliləyişin olmamasından narazılığını bildirib, 16 ildir davam edən müharibənin nə ilə bitəcəyini sual edib. Xəbəri AP, «NBC News», «Reuters» və digər media orqanları adını çəkmədikləri ABŞ rəsmilərinə istinadən yayıb.

Tramp daha sonra deyib ki, müdafiə naziri Ceyms Mattis və baş qərargah rəisi Cozef Danford Əfqanıstandakı ABŞ qüvvələrinin komandiri, ordu generalı Con Nikolsonu işdən çıxarmağı nəzərdən keçirməlidirlər, çünki o, müharibəni qazanmır.

«Reuters»in məlumatına görə, Tramp onu da deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanın 1 trilyon dollar dəyərində mineral sərvətindən payını istəməlidir və bu, ABŞ-ın əfqan hökumətinə yardımı əvəzində verilməlidir.

«Reuters» yazıb ki, Tramp bir məsələdən gileylənib. O deyib ki, Çin Əfqanıstandakı mədən əməliyyatlarından gəlir götürür, Birləşmiş Ştatlarsa müharibənin bədəlini ödəyir.

XS
SM
MD
LG