Accessibility links

Tramp: Şimali Koreya ABŞ-a çata biləcək nüvə silahı istehsal edə bilməyəcək


ABŞ-ın növbəti prezidenti Donald Tramp deyib ki, Şimali Koreya ABŞ-a çata biləcək nüvə silahı istehsal edə bilməyəcək.

“Bu baş verməyəcək!” deyə Tramp təfsilata varmadan Tvitter səhifəsində yazıb.

Tramp bəyanatı Şimali Koreya lideri Kim Conq Unun ölkəsinin qitələrarası ballistik raketi sınaqdan çıxarmağa yaxın olduğunu elan etməsindən sonra verib.

Pxenyan dəfələrlə qısa-mənzilli raketlərini sınaqdan çıxarıb. Bu sınaqların bəzisi uğurlu, bəziləri isə uğursuz olub.

Şimali Koreya Trampın son bəyanatı ilə bağlı dərhal şərh verməyib.

Pxenyanın əsas müttəfiqi olan Çin isə Trampın Şimali Koreyanın nüvə proqramının qarşısını almadağına görə Pekini günahlandırmasından sonra onu "məsuliyyətsiz davranışına" görə tənqid edib.

Şimali Koreya illərdir ki, qitələrarası məsafə qət edə biləcək atom bombası əldə etməyə can atır.
Şimali Koreya illərdir ki, qitələrarası məsafə qət edə biləcək atom bombası əldə etməyə can atır.

Tramp bazar ertəsi Tvitter səhifəsində “Çin ABŞ-da tamamilə birtərəfli ticarətdə külli miqdarda pul və var-dövlət əldə edir, amma Şimali Koreya məsələsinə gəldikdə kömək etmir. Çox gözəl!” yazıb.

Cənubi Koreya Trampın tvitlərini alqışlayaraq onun "Şimali Koreyadan qaynaqlanan təhlükəni aydın anladığını" bəyan edib.

“Bu, Kim Conq Unun raketlərlə bağlı Yeni İl ərəfəsindəki bəyanatlarına qarşı aydın xəbərdarlıq kimi yozula bilər," deyə Cənubi Koreya Xarici İşlər nazirliyinin sözçüsü Ço Cun-hyuk bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG