Accessibility links

Prezident Tramp hüquq-mühafizə orqanlarını dəstəkləyir [Video]


Prezident Tramp hüquq-mühafizə orqanlarını dəstəkləyir
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Kampaniyası zamanı Donald Tramp Çikaqonu misal göstərərək, Birləşmiş Ştatların digər şəhərlərinin də cinayətə səhnə olduğunu deyirdi. Bu həftə o, Çikaqoda baş verən silahlı zorakılığı yenə gündəmə gətirib. “Keçən il Çikaqoda 4 368 nəfər güllə ilə vurulub öldürülüb. Bu ilin yanvar ayından bəri isə 700 nəfərə yaxın insan güllə ilə vurulub. Mən soruşuram, Çikaqoda nələr baş verir?”

Keçən il Çikaqoda 4 368 nəfər güllə ilə vurulub öldürülüb

Prezident bu suala qısmən özü cavab verib. “Təəssüflər olsun ki, bizim polisə tez-tez öz işini görməyə mane olunur. Polisin fəaliyyətinin qarşısını alınanda zorakılıqların qurbanı əsasən cəmiyyətimizin vətəndaşları olur. Bunu hər yerdə görmək olar. Cinayətlərin sayı artır və uzun müddətdir ki, bir sıra yerlərdə vətəndaşlarımızın təhlükəsizliyi təmin olunmur.”

Seçki kampaniyası zamanı şəhərlərin çoxunda polislər qaradərililərə qarşı ayrı-seçkilikdə ittiham edilirdi. Ölkə boyu polisin qəddarlığına qarşı etirazlar keçirilirdi. Lakin cənab Tramp hüquq-mühafizə orqanları haqda yüksək fikir söylədi və onlara yardım edəcəyini bildirdi. Buna cavab olaraq, 330 mindən çox əməkdaşı olan polis birliyi ona dəstək verdi. “Ağ Evdə hüquq-mühafizə orqanlarının qayğısına qalan bir prezidentin olması çox gözəldir” deyə. Çak Kenterböri bildirib.

Milli Polis Birliyinə başçılıq edən Çak Kenterböri deyir ki, Ağ Evdə keçirilən görüş zamanı diqqət mərkəzində Amerikada narkotik maddələr və zorakı cinayətlə mübarizə məsələləri olub. Polis işçiləri eləcə də cənab Trampa nəyə ehtiyacları olduğunu deyib. “Bizim ölkədə standartları azaltmadan ixtisaslı polisə ehtiyacımız var.”

Çak Kenterbörinin dediyinə görə, hüquq-mühafizə orqanlarının əqli baxımdan stabil və kriminal keçmişi olmayan insanlara ehtiyacı var. Polisə qarşı hücumların artdığı bir vaxt belə kadrların çatışmazlığı problemi mövcuddur.

XS
SM
MD
LG