Accessibility links

Tramp mobil telefonunu təhvil verib


Donald Trampın çıxışları və ya nə deyəcəyi ona nəzarət edə bilməyən köməkçilərini narahat edir.

Donald Trampın prezident seçilməsindən bir neçə saat sonra kəşfiyyat rəsmilərinin Rusiyanın seçkilərə müdaxiləsi barədə xəbərini Associated Press-in müxbiri alıb və müsahibə almaq üçün yeni seçilmiş prezidentə zəng edib. Müxbirin zənginə cavab verən olmayıb. Mesaj qoymayan müxbirə bir saatdan sonra Tramp geri zəng edib.

Ümumiyyətlə hansısa siyasətçinin, əsasən də Birləşmiş Ştatlara yenicə prezident seçilmiş bir şəxsin tanımadığı bir nömrəyə geri zəng etməsini təsəvvür etmək çətindir.

Prezident seçildikdən bir həftə sonra belə Tramp üçün bu zəng biznes partnyorlarına, köhnə dostlarına, konqres nümayəndələrinə və ya xarici liderlərə etdiyi kimi adi zəng idi.

Lakin cümə günü prezidentlik vəzifəsinin icrasına başlayan Trampın Android mobil telefonu artıq Milli Kəşfiyyat İdarəsinin səlahiyyətindədir.

Cümə axşamı o, dostuna təhlükəsizlik orqanlarının təkidi ilə mobil telefonunu təhvil verməli olduğunu deyib.

Donald Trampla danışan dostu Associated Press-lə söhbəti zamanı adının açıqlanmasını istəməyib. Belə ki, o, özəl bir söhbəti mətbuata çatdırıb.

Trampın Barak Obamanın öz şəxsi telefonunu təhlükəslik səbəbələri ilə Blackberry telefonuna dəyişməsini davam etdirib-etdirmədiyi bəlli deyil.

Prezidentlik tənhalıq, ictimaiyyətdən təcrid edilmək deməkdir. Belə ki, ali baş komandan təhlükəsizlik səbəblərinə görə, ictimaiyyətlə distansiya saxlamalıdır.

Obamanın bir çox fəaliyyətlərinə məhdudiyyətlər tətbir edilirdi. Onun telefon nömrəsini bə ya email ünvanını bir neçə yaxın adamdan başqa heç kim bilmirdi.

Emaildən istifadə etməyən Tramp vəzifə müddətində istifadə edəcəyinə aydınlıq gətirərək tweet hesabını saxlayacağını bəyan edib. Səhər tezdən və ya gecələr fikirlərini paylaşan Tramp bəzi hallarda səsli mesaj da qoyur.

Senator Bob Korker Trampın tanımadığı nömrələrə cavab verməsi ilə onu rahatlıqla tapmaq olduğunu bildirib.

Yardışmçılar üçün başağrısı

Xarici liderlər və diplomatlar Trampa rahat zəng edilməsindən istifadə edir. Bəziləri prezident ofisinə çevriləcəyi ümidi ilə Tramp qülləsinə belə telefon açır. Məsələn, Avstraliyanın baş naziri Trampın nömrəsini qolfçu Qreq Normandan alıb.

Bu isə onun yardımçılarına başağrısı verir. Qızıl Qlobus tədbirində aktrisa Meril Stripin Trampı tənqid etməsindən sonra növbəti prezident onu tənqid edərək, mətbuatın yalanlarına uyduğunu deyib.

Bu isə öz növbəsində Trampın komandasının işinə kölgə salıb.

XS
SM
MD
LG