Accessibility links

Trampın Kaliforniyada kampaniya tədbiri keçirdiyi yerin yaxınlığında silahlı şəxs həbs edilib


Hökumət rəsmiləri bazar günü Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın şənbə günü Kaliforniyada keçirilən kampaniya tədbirinin yaxınlığında həbs edilən bir silahlı şəxsə qarşı silah qanununu pozmaq ittihamı irəli sürüldüyünü bildirib.

Onun avtomobilində tapança, ov tüfəngi, çox sayda sursat aşkar edilib.

Riversayd dairəsinin şerifinin ofisinin bildirdiyinə görə, polis zabitləri qara SUV tipli avtomobildə olan 49 yaşlı Las-veqaslı kişini saxlayıb və heç bir insident olmadan nəzarətə götürüb.

Şerif ofisi bildirib ki, həbs edilən Vem Miller adlı şəxs dolu odlu silah və çox sayda sursat saxlamaqda ittiham olunur.

Riversayd dairəsinin şerifi Çad Biankonun bildirdiyinə görə, şübhəli şəxs əhlükəsizlik perimetrinə yaxınlaşaraq, VIP və mətbuatın olduğu əraziyə daxil olmaq üçün təhlükəsizlik işçilərinə icazəsini göstərib. Lakin o, daxildəki perimetrə yaxınlaşdıqda, onun avtomobili daha dərindən yoxlanılıb. Bianko şerif müavininin avtomobilin içərisinin səliqəsiz olduğunu və dövlət nömrələrinin açıq-aşkar saxta olduğunu qeyd etdiyini deyib.

Şerif bildirib ki, avtomobilə baxış zamanı müxtəlif adlarda pasportlar və sürücülük vəsiqələri, həmçinin dolu tapança və ov tüfəngi aşkar edilib.

"Hadisə keçmiş prezident Trampın və ya tədbirdə iştirak edənlərin təhlükəsizliyinə təsir göstərməyib", şerifin ofisindən bildirilib.

İyul ayında Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki kampaniyası tədbiri zamanı silahlı şəxsin atdığı güllə Trampın qulağına dəydiyi vaxt o, sui-qəsd cəhdindən xilas olmuşdu. Sentyabr ayında məxfi xidmət agentlərinin Trampın Palm-Biçdəki qolf meydançası yaxınlığında aşkar etdiyi tüfənglə gizlənən başqa bir şəxs Trampa sui-qəsd cəhdində ittiham edilib. O özünü təqsirli bilməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG