Accessibility links

Tramp respublikaçı qanunvericilərlə yaxşı münasibəti olduğunu deyir [Video]


Prezident Tramp və ABŞ Senatının aparıcı respublikaçıları bazar ertəsi mətbuat konfransı zamanı birlik nümayiş etdirdilər. Tramp dedi ki, o və MakKonnel uzun zamandır ki, dostlardır və onların hazırkı münasibətləri “heç zaman indiki qədər yaxın olmayıb.”

“Mənim bu insanla münasibətin mükəmməldir və həmişə mükəmməl olub. Biz vergilərin ixtisarı üzərində çox ağır çalışırıq və biz səhiyyə islahatları qəbul edilənə qədər ağır çalışmağa davam edəcəyik.”

Tramp sabiq baş strateqi Stiv Bennonun prezidentin Konqres respublikaçıları, xüsusilə də onun kampaniya vədlərini yerinə yetirməyə kömək edə bilməyən MakKonnell ilə münaqişəsinin olduğu iddialarını rədd edib.

“Stiv doğru hesab etdiyi şeyləri edir. Onun vurğuladığı insanların əksəriyyəti əla insanlardır və mən Stivin onları hədəfə almağı dayandırmasına çalışacam. Mitç də təsdiq edər ki, mənim çox az insan istisna olmaqla əksəriyyətlə münasibətin yaxşıdır. Mənim Senatda və Nümayəndələr Palatasındakı insanlarla gözəl münasibətlərim var.”

Amma bu yaxınlarda Tramp mövcud səhiyyə proqramının ləğvi iflasa uğrayandan sonra Senatda respublikaçıların lideri MakKonelli tənbeh etmişdi. Bazar ertəsi kabinet görüşündə də prezident Senat respublikaçılarına qarşı tənqid ünvanlamışdı.

“Biz işimizi görə bilmirik. Açığı buna görə özümü günahlandırmaq fikrim yoxdur. Onlar işi görə bilmirlər. Bizim təsdiq olunmuş səhiyyə islahatı proqramımız var idi və sonra Con Makkeynin sürpriz səsi bizi ondan məhrum etdi. Baş verən başqa hadisələr də var və iş görülmür.”

Trampın vacib daxili gündəliyi Obamacare adlanan səhiyyə proqramını respublikaçıların səhiyyə planı ilə əvəzlənilməsi və vergi ixtisarıdır. MakKonell müxbirlərə deyib ki, o, prezidenti ilə tam razılıqdadır.

“Sizin yazdıqlarınıza əks olaraq, biz Amerikanı irəli aparmaq işimizdə birlikdə irəliləyirik.”

Respublikaçılar Konqresin hər iki palatasında çoxluğu əllərində saxlayırlar. Amma növbəti ilin noyabr seçkilərində Nümayəndələr Palatasının 435 yerinin və Senatın üçdə birinin taleyi müəyyən olunacaq. Respublikaçılar vədlərini yerinə yetirməsələr Konqresdəki üstünlüklərini itirə bilərlər.

XS
SM
MD
LG