Accessibility links

Tramp kiber-hücumları Rusiyanın törətdiyinə inanmadığı bildirib


ABŞ-ın növbəti prezidenti Donald Trampın sözlərinə görə, Demokrat Partiyasının rəsmilərinin kompüterlərinə olan haker hücumunun Rusiyadan planlaşdırıldığına hələ də inanmır. Milyarder Yeni ili qeyd etmək üçün Florida ştatına gedərkən jurnalistlərə açıqlamasında bildirib ki, onun bildiyi bəzi şeylər var ki, adamlar onları bilmir.

Trampın fikrincə, haker hücumunu başqaları da həyata keçirə bilərdi. O, bunu sübut etməyin çətin olduğunu söyləyib.

Trampın fikrincə, haker hücumunu başqaları da həyata keçirə bilərdi. O, bunu sübut etməyin çətin olduğunu söyləyib.

Prezident Barak Obama ötən həftə noyabr seçkilərinə müdaxilə etdiyinə görə iki kəşfiyyat agentliyinə sanksiyalar tətbiq etmək, 35 agenti ölkədən çıxarmaq və Russiyanın ABŞ-da iki qərərgahını bağlamaq da daxil olmaqla Rusiyaya qarşı çoxsaylı cavab tədbirləri həyata keçirib.

Vaşinqton və San-Fransisko şəhərlərindən 35 rusiyalı hökumət rəsmisi diplomatik və konsulluq fəaliyyətlərinə uyğun olmayan işlərdə təqsirləndirildikdən sonra onalra ABŞ-ı tərk etmək üçün 72 saat vaxt verilib.

Jurnalistlərin “Tayvanın prezidenti ABŞ-a gəlsə, onunla görüşəcəksinizmi” sualına Donald Tramp sadəcə “baxarıq” cavabını verib. ABŞ Tayvanın müstəqilliyini tanımayıb, ancaq Tramp prezident seçiləndən sonra Tayvan prezidenti ilə telefonla danışıb.

Tramp deyib ki, onun prezidentlik edəcəyi ABŞ bir çox ölkələrlə, o cümlədən, Rusiya və Çinlə “gözəl münasibətlər” quracaq.

Tramp həmçinin İsrailin onun üçün “çox, çox əhəmiyyətli” olduğunu söyləyib.

XS
SM
MD
LG