Accessibility links

Rusiya təhqiqatının davam etdiyi zaman Tramp vergi islahatı qələbəsinə ümid edir [Video]


Rusiya təhqiqatının davam etdiyi zaman Tramp vergi islahatı qələbəsinə ümid edir
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Donald Tramp seçki kampaniyasının əsas vədini, iqtisadiyyatın inkişafını sürətləndirmək və yeni iş yerləri yaratmaq məqsədilə vergi ixtisarı planını yerinə yetirmək üzrədir.

“Mən sizə bunu sadə yolla bildirəcəm. Heç bir prezident ilk 10 ayında bizim əldə etdiyimiz qədər nailiyyət əldə etməyib. Bunu sizə əminliklə deyə bilərəm.”

Səhiyyə islahatı cəhdinin iflasa uğradığı və Meksika ilə sərhəddə divarın tikilməsində yalnız kiçik irəliləyişin olduğu bir zaman, reytinqi aşağı olan Tramp səbirsizliklə qələbə gözləyir.

Lakin bu yaxınlarda prezidentin sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinin Rusiya təhqiqatı çərçivəsində günahkar olduğunu etiraf etməsi istintaqın yeni administrasiya üçün diqqət yayındıran faktor olduğunu xatırlatdır.

“Heç bir sözləşmə olmayıb.”

Sorğuların əksəriyyəti göstərir ki, Trampın reytinqi 40 faizdən aşağıdır. Amma, onun respublikaçılar arasında dəstəyi yüksək olaraq qalır. Bu sözləri təhlilçi Robert Cons deyir.

“Onun öz partiya üzvləri arasında mövqeyi kifayət qədər yaxşıdır. Hər on respublikaçıdan səkkizi Trampı dəstəkləyir. Onu da deməliyik ki, onun nə edəcəyindən asılı olmayaraq həmin səsləri itirməsi real görünmür.”

Trampın dəstəkçiləri əsasən iqtisadiyyat və sosial faktorların onların nəzarətində olmamasından narahat olan insanlardır. Bu fikri Henri Olsen deyir.

“Bu insanlar Amerika həyatında özlərinin iqtisadi və mədəni rollarını itirəcəklərindən qorxurlar və bunun keçmişdə olduğu kimi olmasını istəyirlər. Beləliklə Tramp bu narahatlıqları ifadə etdiyi üçün onların dəstəyini qazana bilib.”

Demokratlar Virciniya və Nyu Cersi ştatlarında qələbə qazandılar. Bu Trampa qarşı olan seçicilərin fəallığı nəticəsində baş verdi.

Amma Coy Reyd kimi liberal təhlilçilər də bildirirlər ki, Trampın dəstəkçiləri ona sadiqdirlər.

“Bir çox demokrat Trampın seçicilərinin öz tərəflərinə keçirə biləcəkləri inanırlar. Mən buna əmin deyiləm. Belə ki, liberallar Obamanı necə dəstəkləyirdilərsə, bu insanlar da Trampı elə dəstəkləyirlər. Onun ölkənin ən azı üçdə biri üzərində mədəni gücü var və inanmıram ki, bu dəyişə bilər.”

Hər bir halda Trampın etimad reytinqinin aşağı olması Konqresin növbəti il keçiriləcək ara seçkiləri zamanı respublikaçılar üçün ciddi problem ola bilir.

“Əgər prezidentin etimad reytinqi indiki kimi 38-39 faiz səviyyəsində olacaqsa onda çox güman ki, ara seçkiləri respublikaçılar üçün yaxşı olmayacaq. Bu halda onlar Nümayəndələr Palatasında yerlər itirəcək və bəlkə də çoxluğu itirmək riski ilə üz-üzə olacaqlar.”

Konqresdəki respublikaçıları inanırlar ki, növbəti ilki seçkilərdə məğlub olmamaq üçün prezidentin vədləri üzərində çalışmaq lazımdır.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG