Accessibility links

Tramp çərşənbə axşamı həbs olunacağını deyir


Arxiv- Keçmiş prezident Donald Trump Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edir. 4 mart 2023. Okson Hill, Merilend.
Arxiv- Keçmiş prezident Donald Trump Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edir. 4 mart 2023. Okson Hill, Merilend.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp bir neçə günə həbs ediləcəyini deyir.

Keçmiş prezident Donald Tramp şənbə günü səhər Truth Social media platformasında çərşənbə axşamı həbs ediləcəyini deyib və tərəfdarlarını “etiraz” etməyə çağırıb.

O, təfərrüatlarını paylaşmayıb. Məlumdur ki, Nyu York şəhərinin rəsmiləri Trampa qarşı qaldırılan ittihamı araşdırırlar. Belə ki, keçmik pornoqrafik film ulduzuna Trampla prezident olmadan öncə olan münasibəti barədə susması üçün pul ödəndiyi iddia olunur.

Mediada yer alan xəbərlərdə deyilir ki, hüquq-mühafizə orqanları Trampa qarşı rəsmi olaraq ittiham irəli sürüldüyü təqdirdə onun təslim olacağı Manhetten Cinayət Məhkəməsində və ətrafında təhlükəsizlik tədbirləri görür.

XS
SM
MD
LG