Accessibility links

Tramp kiber-hücumları Rusiyanın törətdiyinə hələ də inanmadığını bildirib


ABŞ-ın növbəti prezidenti Donald Trampın sözlərinə görə, Demokrat Partiyasının rəsmilərinin kompüterlərinə olan haker hücumunun Rusiyadan planlaşdırıldığına hələ də inanmır.

Milyarder Yeni ili qeyd etmək üçün Florida ştatına gedərkən jurnalistlərə açıqlamasında bildirib ki, onun bildiyi bəzi şeylər var ki, adamlar onları bilmir. Kəşfiyyat mənbələrinin dəqiq məlumat verməsini istədiyini bildirən Tramp 2003-cü ildə ABŞ-ın İraq müharibəsinin vacibliyini sübut edən saxta məlumatlardan sitat gətirib.

Trampın fikrincə, haker hücumunu başqaları da həyata keçirə bilərdi. O, bunu sübut etməyin çətin olduğunu söyləyib.

“Və əgər kütləvi qırğın silahı barədə məlumatlara baxsanız görərsiniz ki, onlar yanlış idi. Bu faciə idi, səhv idi. Mən istəyirəm ki, bu dəfə onlar düzgün məlumat versinlər. Əgər onlar əmin deyillərsə, kimisə təqsirləndirmək düzgün olmazdı” deyə Tramp bildirib.

Kəşfiyyat işçilərinin tapıntısı prezident Barak Obamanı Rusiya casuslarına qarşı sanksiya tətbiq etməyə və 35 diplomatı casusluqda ittiham edərək ölkədən xaric etməsinə vadar edib.

Tramp müxbirlərə deyib ki, bir neçə gün ərzində ictimayyət onun vəziyyətlə bağlı əldə etdiyi məlumatlardan xəbərdar olacaq.

XS
SM
MD
LG