Accessibility links

Ağ Ev Trampın mühacirətə dair fərmanının qarşısının alınması qərarından şikayət verəcək


Ağ Ev federal hakimin prezident Donald Trampın bir neçə ölkədən çərşənbə günündən etibarən qüvvəyə minməsi nəzərdə tutulan səyahət qadağasını təxirə salmasını mənfi qarşılayıb.

Ağ Ev dairə məhkəməsinin çərşənbə axşamı çıxardığı qərarın Trampın Amerika xalqının təhlükəsizliyinin təmin ediməsi və Birləşmiş Ştatlara daxil olmaq üçün minimum təhlükəsizlik standartlarının tətbiq edilməsi ilə bağlı səylərinin qarşısını aldığını iddia edir.

Hakim altı ölkədən gələn ziyarətçilərə məhdiyyətlər qoyulmasına qarşı çıxıb. Tramp administrasiyası onların Birləşmiş Ştatların təhlükəsizlik standartlarına cavab vermək üçün kifayət qədər informasiya təqdim etmədiyini bildirir.

Səyahət qadağası Birləşmiş Ştatlara müxtəlif səbəblərlə gələn Çad, İran, Liviya, Somali, Suriya və Yəmən vətəndaşlarına aiddir.

Hakimin qəbul etdiyi müvəqqəti qərar Şimali Koreya və Venesuelaya şamil edilməyəcək.

Tramp administrasiyası hakimin qərarına etiraz edəcəyini bildirib.

ABŞ prezidentinin bundan əvvəlki sərəncamına əsasən də adı çəkilən ölkələrin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına qadağa tətbiq edilmişdi.




Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG