Accessibility links

Trampın problemləri


Trampın problemləri
please wait
Embed

No media source currently available

0:00 0:02:34 0:00

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampı fevral ayında illik hesabat məruzəsi ilə çıxışı üçün Konqresə dəvət edib. Prezidentə ünvanladığı rəsmi məktubda Pelosi çıxışın fevral ayının 5-də Konqresin birgə sessiyası zamanı edilməsini təklif edib. Trampın qarşısında isə iki əsas mübarizə dayanır - sərhəddə divarın maliyyələşdirilməsi, habelə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair təhqiqat.

Hökumətin açılamsından sonra Konqres sərhədlərin təhlükəsizliyinə dair komromis sənəd üzərində işləyir. Fevralın 15-dək razılıq əldə edilməsə, Tramp daha bir "şatdaun" və ya milli fövqəladə vəziyyət elan edəcəyini bildirib.

“Prezident daha bir şatdaun istəmir. Məqsəd təhlükəsizlik və Amerika xalqının müdafiəsidir”, Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Sərhədlərin təhlükəsizliyinə dair razılıq əldə edilmiş belə olsa, Tramp gündəmindəki məqsədlərinə nail olunmasında demokratların üstünlük əldə etdiyi Nümayəndələr Palatasının maneələri ilə üzləşə bilər.

Corctaun Universitetindən Stiv Billet: “Razılaşmamaq baş verənlərin əsas komponentidir. Bu, Ağ Evdəki xaosdur. Əlbəttə ki, Müller təhqiqatı. Demokratların araşdırmalar aparacağına şübhə yoxdur..”

Ötən həftə Trampın yaxın dostu və müşaviri Rocer Stounun Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair təhqiqiata cəlb edilməsi ilə o, prezidentin orbitində kriminal ittihamlar irəli sürülən 6-cı fiqur olub.

Stoun Trampın komandası ilə Rusiyanın Klintonun elektron poçtunun haker hücumuna məruz qalmasını açıqlayan WikiLeaks-lə əlaqəsinə dair yalan ifadə verməkdə günahlandırılır.

“NP-nın Kəşfiyyat komitəsində yalan bəyanatlar verdiyimə görə günahlandırılmam doğru deyil. İfadəm zamanı yol verdiyim səhvlər əhəmiyyətsiz və qərəzsizdir" , Stoun bildirib

Eyni zamanda, Tramp oteli bir sıra məhkəmələrlə üzləşib. Bunlara xarici qonaqlardan əldə edilən gəlirlərin rüşvətxorluqla mübarizə şərtlərinə zidd olmasına dair iddialar da daxildir.

“Səudiyyə Ərəbistanı Tramp otelində nəhəng qala keçirir. Prezidentin də bundan xəbəri var. Bu, konstitusiyamızın müəlliflərinin narahatlığıdır. Xarici hökumətlər prezidentə hədiyyəmi edir?" - deyə, İctimai Vətəndaş cəmiyyətinin üzvü Robert Vayzmen sual edir.

Tramp isə bu ittihamları rədd edir. Onun vəkilləri xarici hökumətlərin Trampın otelində qalmasının müxtəlif səbəbləri olduğunu və bunun prezidentin xeyrinə edildiyini sübut etməyin asan olmadığını deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG