Accessibility links

ABŞ Ali Məhkəməsi Trampın adının Koloradoda səsvermə bülletenlərində qalması qərarını verib


ABŞ Ali Məhkəməsi bazar ertəsi prezident vəzifəsini yenidən qazanmaq üçün kampaniya aparan Donald Trampa böyük qələbə qazandıraraq, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla əlaqədar iğtişaşlara təhrik və dəstəyi ehtiva edən konstitusiya müddəasına əsasən, onun adının Kolorado ştatında seçki bülletenlərindən çıxarılmasına dair məhkəmə qərarını ləğv edib.

Hakimlər Kolorado ştatının ali məhkəməsinin dekabrın 19-da Trampı Respublikaçılar Partiyasının çərşənbə axşamı keçiriləcək ilkin seçkidən kənarlaşdırılması ilə bağlı qərarını yekdilliklə ləğv ediblər.

Tramp noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdə Demokrat prezident Co Baydenə rəqib olan Respublikaçılar Partiyasından namizəd olmaq üçün öndə gedir.

Onun partiyasından nominasiya almaq uğrunda mübarizədə yeganə rəqibi Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heylidir.

14-cü düzəlişə əsasən Trampın Meyn və İllinoys ştatlarında da səsvermədə namizəd kimi iştirakına qadağa qoyulsa da, bu qərarlar Kolorado işi üzrə Ali Məhkəmənin qərarına qədər təxirə salınıb.

Kolorado ştatında altı Respublikaçı və iki müstəqil seçicisindən ibarət bir qrup məhkəmədə Trampın seçkilərdə iştirakına etiraz edərək, onun Amerika demokratiyasına təhlükə olduğunu bildirib və 2021-ci il yanvarın 6-da tərəfdarlarının ABŞ Kapitoli binasına hücuma görə məsuliyyətə cəlb edilməsinə çalışıblar.

Forum

XS
SM
MD
LG