Accessibility links

Tramp Cənubi Karolinada qalib gəldi


Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş ABŞ prezidenti Donald Tramp Cənubi Karolina ştatının Kolumbiya ştatında praymerizdəki qələbsi münasibətilə keçirilən şənlikdə çıxış edir. Kolumbiya, Cənubi Karolina. 24 fevral 2024-cü il.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş ABŞ prezidenti Donald Tramp Cənubi Karolina ştatının Kolumbiya ştatında praymerizdəki qələbsi münasibətilə keçirilən şənlikdə çıxış edir. Kolumbiya, Cənubi Karolina. 24 fevral 2024-cü il.

Sabiq ABŞ Prezidenti Donald Tramp şənbə günü Cənubi Karolinada keçirilən Respublikaçıların praymeriz adlanan ilkin səsverməsində qalib gələrək, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylini doğma ştatında məğlub edib.

Tramp indiyədək Ayova, Nyu Hempşir, Nevada və ABŞ Vircin adalarında qələbələr əldə edib. Sabiq prezidentin ən son qələbəsi böyük ehtimalla Trampın BMT-də səfiri və 2011-2017-ci illərdə Cənubi Karolina qubernatoru olan Heylinin üzərində seçkidən geri çəkilməsinə dair təzyiqi artıracaq.

Heyli martın 5-də Super Çərşənbə axşamı kimi tanınan praymerizlərə qədər yarışda qalmağı vəd edib, amma daha çox kampaniya tədbirləri keçirməsinə və Trampa qarşı qaldırılan məhkəmə işlərinin onun payızda ABŞ Prezidenti Co Baydenə qarşı şansını azaldacağını iddia etməsinə rəğmən, öz doğma ştatında Trampın momentumunu qıra bilməyib.

Cənubi Karolina praymerizi tarixən Respublikaçılar üçün proqnoz verən bir seçki olub. 1980-ci ildən bəri, biri istisna olmaqla, orada keçirilən bütün ilkin səsvermələrdə qalib gələn Respublikaçı namizəd partiyanın nominasiyasını qazanıb. Yeganə istisna 2012-ci ildə Nyut Ginqriç olub.

Heyli son günlərdə bildirmişdi ki, o, Cənubi Karolinadan sonra çərşənbə axşamı keçiriləcək praymeriz üçün birbaşa Miçiqana yola düşəcək.

Tramp və Bayden artıq noyabrda bir-biriləri ilə rəqabət aparacaqlarmış kimi davranırlar.

Tramp və onun müttəfiqləri Baydenin ABŞ-i zəiflətdiyini iddia edir və ABŞ qoşunlarının Əfqanıstandan xaotik şəkildə geri çəkilməsinə və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə işarə edir. Tramp həmçinin prezidentlik dövründə yüksək inflyasiya və ABŞ-Meksika sərhəddində rekord həddə çatan miqrant axını ilə bağlı Baydenə dəfələrlə hücum edib.

Tramp 81 yaşlı Baydenin ikinci dəfə prezident olmaq üçün yaşlı olmasını sual edib. Baydenin komandası isə 77 yaşlı Trampın kampaniya çıxışrlarında etdiyi səhvləri vurğulayıb.

Bayden son zamanlarda ölkə daxilində ianə məqsədli səfərlərinin sayını artırıb və Trampa birbaşa hücumlar etməyə başlayıb. O, Tramp və onun “Amerikanı yenidən möhtəşəm et” hərəkatını ölkənin əsas prinsiplərinə qarşı qorxulu təhdid adlandırıb. Prezidentin seçki kampaniyası son vaxtlar diqqətinin çoxunu Trampa yönəldib və onun ikinci prezidentliyinin ilk günündən diktator kimi istifadə edəcəyini və Rusiyaya NATO mandatının tələb etdiyi müdafiə xərcləri ilə bağlı öhdəliklərinə əməl etməyən NATO müttəfiqlərinə hücum etməyi deyəcəyini iddia edib.

Heyli də Trampı NATO ilə bağlı şərhlərinə və keçmiş birinci xanım Melaniya Tramp onunla birlikdə görünmədiyi halda belə Heylinin ərinin onunla birlikdə seçki kampaniyasında iştirak etməməsini sual etdiyinə görə tənqid edib. Heylinin həyat yoldaşı mayor Maykl Heyli Cənubi Karolina Ordusunun Milli Qvardiyası daxilində missiya üçün Afrika buynuzu bölgəsinə göndərilib.

AP VoteCast-ın şənbə günü keçirilən ilkin seçkidən əldə etdiyi məlumata görə, Cənubi Karolina ştatının respublikaçı seçiciləri NATO və ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsi ilə bağlı Trampla eyni fikri bölüşürlər. Təxminən 10 nəfərdən 6-sı Rusiyaya qarşı mübarizədə Ukraynaya yardımın davam etdirilməsinin əleyhinədir. Yalnız üçdə biri Amerikanın NATO-da iştirakını “çox yaxşı,” bundan da çoxu isə “müəyyən dərəcədə yaxşı” kimi qiymətləndirib.

Forum

XS
SM
MD
LG