Accessibility links

Tramp Şimali Koreyanın hədələrinin ciddiliyini azaltmağa çalışıb


ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Şimali Koreyanın hədələrinin ciddiliyini azaltmağa çalışıb.

Bazar günü Tokiodan tvit edən Tramp yazıb ki, Con Bolton bir gün əvvəl müxbirlərə Şimali Koreyanın son raket sınağının BMT-nin qətnamələrinə zidd olduğuna şühbə olmadığını bildirib.

Boltonun dedikləri ABŞ tərəfindən qətnamələrin pozulduğuna dair ilk şərhdir.

“Şimali Koreyanın kiçik silahların sınağı bəzi amerikalılar və digərlərini narahat edib. Lakin məni deyil” , Tramp yazıb.

Prezident həm də Şimali Koreya liderinin ona verdiyi nüvəsizləşmə vədlərinə əməl edəcəyindən əminliyini ifadə edib.

Tramp Kimin Co Baydenin “aşağı IQ-yə malik olduğunu” dedikdə gülümsədiyini yazıb.

ABŞ dövlət başçısı bəlkə də Kimin ona işarə göndərdiyini deyib. Tramp Pxenyanın hazırkı prezidentlə müzakirələrə üstünlük verdiyini bildirib.

XS
SM
MD
LG