Bostonun hüquq-mühafizə rəsmilərinin bildirdiyinə görə, Boston marafonu zamanı bomba hücumları həyata keçirən Cövhər Tsarnayev Birləşmiş Ştatların Federal Təhqiqat Bürosuna qardaşi ilə bərabər 4 iyul - ABŞ-ın Müstəqillik günündə kamikadze hücumları həyata keçirməyi planlaşdırdıqlarını deyib.
Cövhər Tsarnayev əldəqayırma bombaları vaxtından əvvəl hazırladıqları üçün hücumları daha tez həyata keçirdiklərini bildirib.
Aprel ayının 15-i Vətənpərvərlik və iyulun 4-ü Müstəqillik günləri adətən Bostonda böyük şənilklərlə qeyd edilir.
"The New York Times" qəzeti Cövhər Tsarnayevin qardaşı ilə birlikdə 2011-ci ilin sentyabrında pilotsuz təyyarə ilə öldürülən amerikalı ruhani Ənvər Əl-Əvlakinin Online-da yerləşdirilən çixişlarını izlədiklərini dediyinı yazır. Lakin qardaşların Əvlaki ilə birbaşa əlaqəsi ilə bağlı dəlillərin olmadığı deyilir.
Amerika xəbər agentlikləri adları açıqlanmayan rəsmilərə əsaslanaraq bildirir ki, Boston marafonu zamanı partladılan bombalar öldürülən Tamerlan Tsarnayevin həyat yoldaşı və uşağı ilə birlikdəı yaşadığı evdə hazırlanıb.
Tamerlan Tsarnayevin cəsədi dünən ailəsinə verilib.