Ölkəsinə qayıdacağı təqdirdə cəzalandırılacağını deyən belaruslu Olimpiya idmançısı çərşənbə günü Yaponiyanı tərk edərək, Avstriyaya gedən təyyarəyə minib.
KristinaTsimanovskayanın çərşənbə günü günortadan sonra Vyanaya enməsi planlaşdırılır. Daha sonra hökumətin ona humanitar viza təklif etdiyi Polşaya getməsi gözlənilir.
Polşanın Baş naziri Mateuş Moravetski Facebook səhifəsində Tsimanovskaya ilə söhbət etdiyini və onun Polşada maneəsiz yaşaya biləcəyini yazıb.
Polşa rəsmiləri bazar ertəsi Tsimanovskayanın siyasi sığınacaq alması üçün humanitar vizanı komanda rəsmilərinin onun istəyinə qarşı çıxaraq, onu Belarusa qayıtmağa məcbur etdiyinə görə verib.
Tsimanovskaya Tokio rəsmilərinə Belarusda prezident Aleksandr Lukaşenkonun avtokratik hökumətinin altında təhlükədə ola biləcəyindən qorxduğunu bildirib.
"Evə qayıtdıqdan sonra onlar mənim mütləq bir növ cəza ilə üzləşəcəyimi açıq şəkildə bildirdilər. Üstüörtülü şəkildə məni daha çox şeyin gözlədiyini də dedilər" - deyə, o, Associated Press agentliyinə video müsahibəsi zamanı bildirib.
Tsimanovskaya Tokionu Belarus məmurlarının olimpiyaçıları necə idarə etdiyini tənqid etməsinin dövlət mediasında əks reaksiyaya səbəb olmasından bir neçə gün sonra tərk edib.
Instagram hesabında Tsimanovskaya belə bir yarışda heç vaxt iştirak etməməsinə baxmayaraq, ölkəsinin 4x400 estafet qaçış komandasına daxil edildiyini yazıb.
Belarus Milli Olimpiya Komitəsinə 25 ildən artıqdır ki, Lukaşenko və oğlu Viktor rəhbərlik edir.
ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi axşam Twitter hesabında Lukaşenko hökumətinin Tsimanovskayanı "sadəcə söz azadlığı üçün" ölkəni tərk etməyə məcbur edərək, "başqa bir transmilli repressiya aktı törətməyə" çalışdığını yazıb.