Accessibility links

Ankara Osman Kavalanın həbsinə görə daxili və beynəlxalq tənqidlər altındadır


Ankara xeyriyyəçi biznesmen Osman Kavalanın həbsinə görə daxili və beynəlxalq tənqidlər altındadır. Kavalanın vəkili onun İstanbulun əsk-terrorizm idarəsində saxlandığını deyib.

ABŞ Dövlərt Departamenti həbslə bağlı narahatlığını ifadə edib.

"Bu, Türkiyədə vətəndaş cəmiyyətləri liderləri, insan haqları müdafiəçiləri, ziyalılar və jurnalistlərin həbsinə daha bir nümunədir. Həbslər çox haqllarda cüzi dəlillərə əsasən həyata keçirilir. Biz hesab edir ki, o ölkədəki vəziyyət olduqca narahatedicidir”- deyə Dövlərt Departamentinin sözçüsü bildirib.

Avropa Parlamentinin Türkiyə üzrə xüsusi nümayəndəsi Keti Peri Osman Kvalanın həbsini kəskin qınayaraq, Avropa Parlamentindən xeyriyyəçinin dərhal azad edilməsinə çağırmasını istəyəcəyini deyib.

Avropa İttifaqı da 600-dən çox insanın çevriliş cəhdi bəhanəsi ilə həbsini qınayıb.

Almaniya kansleri Angela Merkel Türkiyədə baş verənləri neqativ inkişaf adlandıraraq, Türkiyənin maliyyələşdirilməsinə məhdudiyyət tətbiq edilməsinə səsləyib.

İnsan haqları qrupları da Kavalanın həbsinə qəzəblərini bildirib.

Kavala ölkədəki dərin sosial və etnik parçalanmalara son qoymaq üçün layihələri maliyyələşdirirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG