İsrail hərbçiləri yanvarın 14-də Qəzza bölməsindən İsrail və Misirə gedən tuneli partladıblar.
İsrail ordusu bu tunelin Həmas hərakatına məxsus olduğunu deyir.
Qəzza sakinləri şənbə günü axşam İsrail təyyarələrinin Rəfah şəhəri yaxınlığındakı Misirlə İsrail sərhədindəki rayonu bombalamaları barədə məlumat vermişdilər.
İsrail ordusu bu məlumatı təsdiqləsə də bazar gününədək ətraflı məlumat verməmişdi.
İsrail ordusunun polkovniki Conatan Konrikus deyib ki, bu tunel terrorçuluq məqsədilə tikilib, belə ki, tunel strateji obyektlərin altından keçirdi.
O bildirib ki, tunel şənbə günü partladılıb, uzunluğu 1,5 kolometr idi.
Əməliyyat zamanı Qəzza İlə İsrail arasındakı sərhəd- keçid məntəqəsi bağlanıb.
ABŞ Prezidenti Donald Trump dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra regionda vəziyyət daha da gərginləşib.