Accessibility links

Tunisdə Berlin hücumu ilə əlaqədar üç şübhəli saxlanıb


Tunis təhlükəsizlik qüvvələri Berlində Milad yarmarkasında 12 nəfərin ölümülə nəticələnmiş hücumda şübhəli bilinən Anis Amri ilə əlaqələri olduğu güman edilən üç nəfəri həbs edilib. Bu barədə Tunisin Daxili İşlər nazirliyi məlumat verib.

Nazirliyinin bildirdiyinə görə, saxlanılanlardan biri Anis Amrinin qohumudur. Onun cümə günü İtaliyada polis tərəfindən öldürülən Amri ilə sosial media vasitəsilə əlaqə saxladığı bildirilir.

Anis Amrinin anası Nur El Huda Hassani (soldan ikinci) və atası Mustafa Amri ( sağda) televiziyiada onun ölümündən sonra xəbərləri izləyir.Tunis.
Anis Amrinin anası Nur El Huda Hassani (soldan ikinci) və atası Mustafa Amri ( sağda) televiziyiada onun ölümündən sonra xəbərləri izləyir.Tunis.

İspaniyada kəşfiyyat xidmət orqanları Amri və İspaniya sakini arasında dekabrın 19-u internet əlaqəsini təhqiq edir. Bu barədə COPE radio stansiyası İspaniyanın daxili işlər naziri Xuan İnasio Zoidoya istinadən edərək məlumat verib.
Nazirin bildirdiyinə görə, polis və təhlükəsizlik qüvvələri informasiyanı araşdırır və həbslərin edilib-edilməməsini müəyyən etməyə çalışır.

24 yaşlı Amri Berlində bazar ertəsi yük maşınını Milad yarmarkasında olan insanların üstünə sürərək etdiyi hücumda şübhəli bilinir. Hücum nəticəsində 12 nəfər həyatını itirib, 48 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti öz üzərinə İŞİD qrupu götürüb.

Amrinin öldürülməsindən sonra açıqlanmış videoda onun İŞİD qrupunun lidri Əbu Bəkr Bağdadiyə sədaqət andı verdiyi göstərilir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG