Accessibility links

Tunisdə intiharçı hücumu nəticəsində ölənlərin sayı 2-yə qalxıb


Tunisdə intiharçı hücumu zamanı yol keçən şəxs aldığı yaralardan həyatını itirib. Beləliklə ölənlərin sayı 2-yə qalxıb.

Daxili İşlər Nazirliyinin sözçüsü bu xəbəri cümə axşamı günü radio vasitəsi ilə yayıb. İyunun 27-də baş verən hücum zamanı bir polis işçisi həlak olmuşdu.

Azı yeddi nəfərin yaralanmasına səbəb olan iki intiharçı bomba hücumunun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

Bir polis işçisi və üç mülki vətəndaşın yaralanmasına səbəb olan hücum Tunisin Fransa səfirliyinin yerləşdiyi mərkəzi bölgəsində cümə axşamı həyata keçirilib.

Bundan bir neçə dəqiqə sonra isə ikinci intiharçı özünü Əl-Qarjanı rayonunun polis məntəqəsi yaxınlığında partladıb. Orada isə dörd polis zabiti yaralanıb.

Tunis 2011-ci ildə prezident Zina Əl-Abidin Bin Əlinin devrilməsindən sonra militant və intiharçı hücumları ilə üzləşir.

2015-ci ildən bəri isə ölkədə fövqəladə vəziyyət qüvvədədir.



Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG