Accessibility links

Tunisdə prezident tərəfdarları nümayiş keçirib


Tunis prezidenti Kays Sayidin minlərlə tərəfdarı parlamenti dayandırmasına və tənqidçilərinin çevriliş adlandırdığı hərəkətləri ilə siyasi sistemi dəyişdirəcəyini dəstəklədiklərini nümayiş etdirmək üçün bazar günü paytaxtda mitinq keçirib.

Tunisin mərkəzindəki nümayiş Sayidin hərəkətlərinə qarşı eyni yerdə keçən iki həftə sonu keçirilən etirazlara cavab olaraq çağırılıb.

Nümayişçilər Tunis bayraqlarını dalğalandırıb və parlamentdə ən çox yerə sahib olan və Sayidin əsas antaqonisti kimi çıxış edən mötədil İslamçı Ennahdap artiyasına qarşı plakatlar qaldırıb.

Nümayişçi Salem Ajoudi "Prezidentdən parlamenti buraxmasını və on il ərzində xalqa əziyyət verənlərii məsuliyyətə cəlb etməsini xahiş edirik" deyib.

İyul ayında Tunis Prezidenti Kays Sayidin hakimiyyəti ələ keçirməsinə etiraz olaraq yüzlərlə nümayişçi Tunisdə ağır polis nəzarəti altında toplaşaraq, onun istefasına çağırıb.

Sayid 2014 -cü il konstitusiyasının böyük bir hissəsini dəyişib, baş naziri istefaya göndərib, parlamentin işini dayandırıb və icra hakimiyyətini öz üzərinə götürməsindən iki ay sonra fərmanla hökm vermək səlahiyyəti əldə edib.

Böhran tunislilərin "Ərəb baharı" etirazlarına səbəb olan 2011-ci il inqilabında qazandıqları demokratik nailiyyətləri təhlükə altına alıb və dövlət maliyyəsinin təhlükəsi ilə mübarizə səylərinin yavaşıması investorları narahat edir.

Sayid hərəkətlərinin siyasi iflic böhranı, iqtisadi durğunluq və koronavirus pandemiyasına zəif cavaba görə lazım olduğunu bildirərək, hüquqların qorunacağına və diktator olmayacağına söz verib.

XS
SM
MD
LG