Accessibility links

Tunisdə kütləvi etirazlar baş qaldırıb


Minlərlə hökümət əleyhinə nümayişçilər Tunis boyu aksiya keçiriblər. Onlar bir gün əvvəl altı polis işçisini öldürülən islamçı militanlara etiraz ediblər.

Kef və Beca şəhərlərində müxalifət yönümlü nümayişçilərlə polis arasında qarşıdurma olub. Onlar hakim Ennahda partiyasının ofislərini dağıdıb. İslamçıları hakimiyyətə gətirən 2011-ci il inqilabının beşiyi Sidi Bouzid şəhərində minlərlə nümayişçi küçələrə tökülüb.

Nümayişçilər baş nazir Əli Larayedi hökumətini dindar ekstrimistlərə nəzarət edə bilməməkdə ittiham edərək, hökümətin istefasını tələb edib.

Cinayət hadisəsi hökümət və müxalifətin uzun vaxtdır gözlənən keçid hökümət barədə danışıqlara başlaması ərəfəsində baş verib.
XS
SM
MD
LG