Accessibility links

Tunisin yeni prezidenti korrupsiya ilə mübarizəyə söz verib


Tunisin yeni seçilmiş prezidenti parlamentdə təşkil edilmiş mərasimdə and içib.

Keys Seyid çərşənbə günü Xalq Nümayəndələr Assambleyasında ölkəsinə ümid mesajı ilə çıxış edib.

O, korrupsiyaya qarşı mübarizə və xüsusən də qadın hüquqları olmaqla, insan azadlıqlarının qoruması uğrunda mübarizə aparacağına söz verib.

Seyid Tunisdə işsizlik və zəifləmiş iqtisadiyyat uğrunda mübarizə aparıldığı bir vaxt, xalqın pulunun boşa xərclənməsinə imkan verməyəcəyiini deyib.

"Terrorizmə qarşı mübarizədə birlikdə olmalıyıq" , deyən yeni prezident ekstremizmin kökünü kəsəcəyinə də vəd verib.

Mühafizəkar Keys Seyid bu ayın əvvəlində keçirilən prezident seçkilərində qalib gəlib. O, Tunisdəki son seçkilərdə qalib gələn islamçı Ənnahda Partiyasından dəstək alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG