Accessibility links

Tunisdə islamçıların nümayişi


Tunisin İslamçı partiyasının minlərlə tərəfdarı bu gün qətlə yetirilən dünyəviçi müxalifət liderinin dəfn mərasimində iştirak edənlərlə polis arasında qarşıdurmadan bir gün sonra paytaxtda nümayiş keçirir.

Hakim Ennahda partiyası bildirir ki, Tunis şəhərindəki nümayişlər konstitusional şuraya dəstək mahiyyəti daşıyır. Müxalifət lideri Çokri Beleydin evinin qarşısınıda güllələnib öldürülməsi ilə şuranın yeni Konstitisiya üzərində çalışması yarımçıq qalmışdı.

Nümayişçilər Fransa əleyhinə şüarlar səsləndirərək, Beleydin ölümünü "islamçı faşizm" kimi qiymətləndirən Fransa daxili işlər naziri Manuel Vallsa etiraz ediblər.

Beleydin ailəsi qətlə görə hakim partiyanı günahkar bilsə də, hakim partiya bu iddianı rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG