Tunis paytaxtında yürüş keçirən hökumət əleyhdarı yüzlərlə nümayişçi hakimiyyətdən salınmış prezidentin müttəfiqlərini hökuməti tərk etməyə çağırıb. Etirazlarını paytaxt küçələrində bildirən nümayişçilər mahnı oxuyaraq, keçmiş hakim partiyanın üzvlərini istefa verməyə səsləyiblər. İki gün öncə baş nazir Məhəmməd Ğannuçi koalisiya hökumətini açıqlayıb. Bu hökumətdə hazırkı müdafiə, daxili və xarici işlər, o cümlədən maliyyə naziri yer alıb. O, bir neçə aşağı səviyyəli kabinet kürsüsünün müxalifət nümayəndələrinə verildiyini bəyan edib. Ən azı dörd müxalifət naziri birlik hökumətini tərk edib.