Accessibility links

BMT-nin fakt-araşdırıcı missiyası Tunisdə iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb


BMT-nin fakt-araşdırıcı missiyası Tunisdə iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb
BMT-nin fakt-araşdırıcı missiyası Tunisdə iğtişaşlar zamanı ölənlərin sayını açıqlayıb

BMT-nin Tunis hadisələrini araşdıran missiyasının bildirdiyinə görə, yanvar ayında prezident Zine Əl Abidin Ben Əlinin hakimiyyətdən devrilməsilə nəticələnmiş üsyan zamanı 219 adam həlak olub. Qrupun rəhbəri Bəkr Ndiaye bildirib ki, buraya həbsxanada qiyam zamanı ölən 72 nəfər də daxildir. Tunisdə bir həftə sürən missiya BMT-nin İnsan Hüquqlarına dair Ali Komissarlığı tərəfindən təşkil edilmişdir. Tunis hökuməti hadisələr zamanı həlak olanların sayını 72 kimi göstərmişdi. Lakin müxalifət qrupları təkidlə bildirirdi ki, ölən insanların sayı bundan daha artıq olub.

XS
SM
MD
LG