Accessibility links

''Deportasiya Avropadakı siyasi fəalların Azərbaycan hökümətinə qarşı fəaliyyətinə təsir etməyəcək.''


‘’Deportasiya Avropadakı siyasi fəalların Azərbaycan hökümətinə qarşı fəaliyyətinə təsir etməyəcək.’’
please wait

No media source currently available

0:00 0:13:01 0:00

‘’Deportasiya Avropadakı siyasi fəalların Azərbaycan hökümətinə qarşı fəaliyyətinə təsir etməyəcək.’’

Almaniyada yaşayan siyasi fəal Tural Sadıqlı Amerikanın Səsinə verdiyi müsahibədə Almaniyada sığınacaq alma prosesindən və son günlər azərbaycanlıların Almaniyadan kütləvi deportasiya olunmasının səbəbləri barədə danışıb.

Tural Sadıqlının sözlərinə görə, iyulun 18-ində 51 nəfər azərbaycanlının Almaniyada Azərbaycana deportasiya edilməsi hər iki ölkənin imzaladığı ''Readmissiya haqqında'' sazişə əsasən həyata keçirilib.

''Deportasiya edilənlər Almaniyada qeyri-qanuni yaşayanlardır. Bunların böyük əksəriyyəti də qaçqın statusu üçün müraciət edib, rədd cavabı alanlardır. O zaman həmin insanlara könüllü şəkildə ölkələrinə geri qayıtmaları üçün vaxt verilir. Əgər həmin insanlar özləri Almaniyanı tərk etmirsə, bu zaman onları müəyyən mərkəzlərə apararaq, daha sonra oradan öz ölkələrinə geri göndəririlər.''

Bu təkcə Azərbaycanlılara qarşı baş verəndeportasiya hadisəsi deyil.

Siyasi fəalın sözlərinə görə, bu deportasiya hadisəsinin Avropada yaşayan və siyasi fəaliyyətlə məşğul olan insanların fəaliyyətinə təsiri olmayacaq.

''Bu deportasiyanın Avropadakı fəalların fəaliyyətinə ciddi təsiri olmayacaq. Çünki, artıq siyasi fəallıq edən şəxslər artıq Avropa ölkələrindəki mühacirlər üçün nəzərdə tutulan etabların hamısını keçiblər. Üstəlik bu təkcə Azərbaycanlılara qarşı baş verəndeportasiya hadisəsi deyil. Sadəcə Alman hökümətinin marağındadır ki, ölkədə qeyri-qanuni yaşayan, rəsmi qeydiyyatları olmayan insanları ölkədən çıxara bilsin.''

İyul ayının 18-ində çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar mühacirlər olub.

XS
SM
MD
LG