Accessibility links

USA TODAY Travel Bakını dünyada səyahət edilməli şəhər seçib


Bakı şəhəri USA TODAY Travel tərəfindən 2018-ci ildə səyahət üçün ən çox tövsiyə olunan 10 şəhərdən biri seçilib.

Bakı şəhəri (Foto USA TODAY Travel-idən götürülüb)
Bakı şəhəri (Foto USA TODAY Travel-idən götürülüb)

Qəzet Azərbaycan daxil olmaqla, dünyanın 193 ölkəsini ziyarət edən 27 yaşlı ən gənc amerikalı səyyahlardan biri olan Sal Lavalloya istinad edib. Amerikalı səyyah Bakı gəzintisini qədim abidələrlə yanaşı müasir memarlıq nümünələri ilə təmsil olunan açıq havadakı muzeyi ziyarət etməklə müqayisə edir.

Mən köhnə və yenini birləşdirən bu şəhəri sevirəm.
Səyyah Sal Lavallo

Sal Lavallo Instagram səhifəsində Bakıya səfəri haqda yazıb və şəhərin foto-şəkillərini yerləşdirib.

"Mən köhnə və yenini birləşdirən bu şəhəri sevirəm. Mən buraya ilk dəfə 2016-cı ildə gələndə günlərimi köhnə şəhər və qədim abidələrin arasında, axşamlar isə opera və baletdə keçirirdim. NƏ gözəl bir səyahət! Bu məqalə çox sayda azərbaycanlı yeni izləyici səbəb olduğu üçün Bakıdan sevimli şəkilləri bölüşməyi düşündüm!", Sal Lavallo Instagram səhifəsində yazıb.

XS
SM
MD
LG