Accessibility links

Kiprin yenidən birləşməsinə dair danışıqlar nəticəsiz qalıb


BMT-nin vasitəçiliyi Kiprin yenidən birləşməsinə dair müzakirələr Kiprin türk lideri Mustafa Akıncının qəzəbinə görə nəticəsiz qalıb.

Akıncı yunan Kipri parlamentinin məktəbləri 1950-ci il referendumunu qeyd etmək sərəncamı qəzəbləndirib. Həmin sərəncamda yunan Kipri Yunanıstanın tərkib hissəsi hesab edilir.

O zaman keçirilən referendumun heç bir qanuni əsası olmayıb.

Akıncı bildirib ki, danışıqların davamı məna kəsb edirsə, qərar qüvvədən salınmalıdır.

Nikos Anastasiades və Mustafa Akıncı
Nikos Anastasiades və Mustafa Akıncı

Kiprin yunan prezidenti Nikos Anastasiades müzakirələrin təxirə salınmasına görə təəssüf hissi keçirdiyini və müzakirələrin bərpasına hər zaman hazır olduğunu bildirib.

O, qanunvericilərin belə bir həssas durumda qərar qəbul etməsini yanlışlıq kimi qiymətləndirib.

Türkiyənin Kipr adasında hazırda 35 minlik əsgəri qüvvəsi var. Türkiyə Kiprə 1974-cü ildə adanın yunan rəhbərliyi Yunanıstana birləşmək məsələsini qaldırdıqda hərbi müdaxilə etmişdi.

XS
SM
MD
LG