Accessibility links

Türkiyənin maliyyə bazarlarında yeni hökumətin atacağı addımlar narahatlıqla izlənir [Təhlil]


AKP-nin bu yaxınlarda keçirilən seçkilərdə qələbə qazanması maliyYə bazarına müsbət təsir göstərib. Buna baxmayaraq təhlilçilər maliyyə bazarlarını diqqətli olmağa çağıraraq, AKP-nin yeni siyasi mandatından necə istifadə edəcəyindın narahatdır.

AKP-nin gözlənilməyən qələbəsi tərəfdarlarını sevindirməklə yanaşı maliyyə bazarında da müsbət qarşılandı.

İyun ayında keçirilən seçkilərdən sonra ölkədə yaranan siyasi qeyri-müəyyənlik və Türkiyədə koalisiya hökumətinin qurulması ehtimalı Türk lirəsinin və birjalarda indeks göstəricilərinin düşməsinə səbəb olsa da, son seçkilərin maliyyə bazarına müsbət təsit oldu. İstanbulda yerləşən Finansbank-ın baş iqtisadiyyatçısı İnan Demir deyir ki, AKP-nın tutacağı yol hələlik müəyyən olmadığı üçün maliyyə bazarlarında yüksəliş qısamüddətli ola bilər.

AKP-nın tutacağı yol hələlik müəyyən olmadığı üçün maliyyə bazarlarında yüksəliş qısamüddətli ola bilər
Inan Dəmir

İnan Dəmir: “Bunlar mühüm suallardır. AKP-nin seçkidə güclü qələbədən sonra nüfuzundan necə istifadə edəcəyindən çox şey aslıdır.”

Müşahidəçilər maliyyə bazarlarında prezident Rəcəp Tayyip Ərodoğan və onun müşavirlərinin iqtisadi siyasətə nəzarəti gücləndirib-gücləndirməyəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Prezident Mərkəzi Bankın rəhbəri Ərdəm Başçını kəskin tənqid edərək, bankın müstəqil fəaliyyətini sual altına qoyduğu vaxt, onun müşavirləri Maliyyə naziri Əli Babacanın dəstəklədiyi azad bazar islahatları sınağa çəkirdi.

İqtisadçı İnan Dəmir deyir ki, maliyyə bazarlarında Babacanın taleyinin nə olacağını yaxından izləyir.

Əgər Əli Babacan nazirlər kabinetindən uzaqlaşdırılsa, bu zaman maliyyə bazarı narahatlıq keçirəcək və 2016-cı il aprel ayında mərkəzi bankın rəhbərinin vəzifəsi sona çatanda onun yerinə təyinat da mühim siqnallar verəcək.
İnan Dəmir

İnan Dəmir: “Əgər Əli Babacan nazirlər kabinetindən uzaqlaşdırılsa, bu zaman maliyyə bazarı narahatlıq keçirəcək və 2016-cı il aprel ayında mərkəzi bankın rəhbərinin vəzifəsi sona çatanda onun yerinə təyinat da mühim siqnallar verəcək. Beləliklə əgər bu gözləntilər ürəkaçan olmasa, o zaman biz maliyyə bazarında mənfi təsirlərin çox olacağını gözləməliyik. Türk lirəsi uzun müddətdir dəyər itirir və inkişaf etməkdə olan valyuta bazarında ən pis nəticə göstərir.”

Təhlilçilər deyir ki, beynəlxalq maliyyə bazarında belə bir qeyri-müəyyənlik Türk lirəsini daha pis vəziyyətə qoya bilər. ABŞ Mərkəzi Bankının gələn ay kimi yaxın bir müddətdə faiz dərəcələrini artıra biləcəyi ilə gözləntilər inkişaf etməkdə olan valyuta bazarını təzyiq altına qoyur. Ekspertlər Türk siyasi liderlərini ehtiyatlı addım atmağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG