Türk qoşunları Kürd qiyamçılarını təqib etmək məqsədilə İraqın şimalına daxil olublar. Qoşunlar içəriyə doğru 3 kilometr irəliləmiş və 4 qiyamçı öldürmüşlər. Dünən baş verən toqquşma nəticəsində bir əsgər və üç militant həlak olub. Türkiyənin Anadolu xəbər agentliyi deyir ki münaqişə çərşənbə axşamı gecə PKK kimi tanınan, Kürdüstan Fəhlə Partiyasının qiyamçıları sərhədi aşaraq Türkiyənin cənub-şərqi Sirnak vilayətinə keçməsi nəticəsində baş verib. PKK bu yaxınlarda Türkiyə ilə bir il sürən atəşkəsə son qoydu. PKK-nın dediyinə görə buna səbəb Türkiyə tərəfinin ardıcıl hərbi hücumlarıdır. Qrup cənub-şərqi Türkiyədə yaşayan kürdlərin muxtariyyəti uğrunda vuruşur. Ankara və beynəlxalq ictimaiyyətin böyük kəsimi PKK-nı terror təşkilat hesab edirlər.
Münaqişə çərşənbə axşamı gecə PKK kimi tanınan, Kürdüstan Fəhlə Partiyasının qiyamçıları sərhədi aşaraq Türkiyənin cənub-şərqi Sirnak vilayətinə keçməsi nəticəsində baş verib