Accessibility links

Suriya qüvvələrinin öldürdükləri türk pilotları dəfn edilir


Ötən ay Suriya hökumət qüvvələri tərəfindən vurulmuş türk təyyarəsinin hər iki pilotunun cəsədləri aşkar edilib və bu gün hərbi dəfn mərasimində onlar torpağa tapşırılır.

Pilotların cəsədləri dünən Suriya sahilindən 14 kilometr məsafədə dənizin dibindən çıxarılıb. Onlar əfsanəvi Titanik gəmisinin qalıqlarının yerini müəyyən etməyə müvəffəq olmuş ABŞ okean araşdırıcısı Robert Ballardın köməyi ilə aşkar edilib.

Suriya hökumət qüvvələri RF-4 qırıcı təyyarəsini iyun ayının 22-də vurub. Hadisə iki qonşu ölkə arasında gərginliyin bir qədər də artmasına səbəb olub. Suriya hökuməti təyyarənin onun hava hüdudlarında uçduğunu, Türkiyə isə öz növbəsində təyyarənin beynəlxalq sular üzərində vurulduğunu iddia edir.

Kapitan Göyhan Ertən və leytenant Həsən Hüseyin Ağsoyun cəsədləri bu gün milli televiziya ilə nümayiş etdirilən dəfn mərasimində torpağa tapşırılacaq. Mərasimdə baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Onların cəsədləri çərşənbə günü Ballard və onun dərin-sular-araşdırma maşını olan Nautilus təyyarənin qalıqlarını aşkar etdikdən sonra tapılıb.
XS
SM
MD
LG