Accessibility links

Türkər Qasımzadə: Müasir musiqi tədrisində boşluqlar var [Audio]


Birləşmiş Ştatlar Ohayo ştatının Sinsinnatti Konservatoriyasının məzunu, doktorluq dərəcəsialmış Türkər Qasımzadənin Amerikanın Səsinə müsahibəsində yaxın vaxtlarda Bakıya qayıdacağını deyir. O, öz təcrübəsini vətəndə bölüşmək istəyidini, eyni zamanda nə vaxtsa Amerikada dərs deməyi nəzərdən keçirdiyini deyir..
Türkar Qasımzadə" "Həm musiqiçi, həm də auditoriya maariflənməlidir"
please wait

No media source currently available

0:00 0:07:50 0:00
Direct link

Türkər Qasımzadə Amerika Birləşmiş Ştatlarında dərs demək təklifi aldığını, lakin əvvəlcə Azərbaycana gedib, bir müddət orada işləmək istədiyini deyir. O, muasir musiqiyə gəldikdə amerikalı dinləyici ilə azərbaycanlı dinləyici arasında fərq olduğunu və Azərbaycanda həm musiqiçilərin, həm də auditoriyanın maariflənməli olduğunu dedi.

"Amerikalılar yeni musiqiyə daha çox hazırdılar, qavrayış məsələsində daha çox biliklidirlər. Azərbaycanda bu məsələdə inkişafa ehtiyac var. Ona görə də müasir musiqi festivalının keçirilməsi və insanların oraya cəlb olunması zərurətdir."

Türkər Qasımzadə Azərbaycanda müasir musiqinin təhsil sahəsində müəyyən boşluqların olduğunu və həmin boşluqların doldurulması üçün çalışılmalı olduğunu bildirdi.

"Ölkənin içərisində xarici ansamblların, bəstəkarların iştirakı ilə fetivallar keçirmək olar ki, ölkədə müasir musiqiyə təlabat yaransın. Hələ ki, təəssüf ki, kino, rəsm və başqa sahələrdən nisbətən geridədir."

O, əlavə edir ki, Azərbaycanın kifayət qədər güclü bəstəkarlıq məktəbi var. Bu məktəbin Üzeyir Hacıbəyov, Fikrət Əmirov kimi güclü bəstəkarlar bazasında yarandığını deyən cənab Qasımzadə daha çox işlərin görülməsinə ehtiyac olduğunu və bunu həyata keçirmək üçün qarşıdakı çətinliklərdən qorxmadığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG