Accessibility links

Türkcə Təqvim hazırlayanlara həbs cəzası


Tehran Cəza Məhkəməsi “Türkcə Təqvim” dosyesi ilə əlaqədar türk dil haqları fəalları Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəmərini 6 ay həbsə məhkum edib.

İnsan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyi hökmün icrasının iki il təxirə salındığını bildirib.

Mehdi Qəməri, Behnam Nurməhəmmədi və Yasin. Ərfəi
Mehdi Qəməri, Behnam Nurməhəmmədi və Yasin. Ərfəi

Yayılan məlumata görə, fəallar “ictimai rəydə təşviş yaratmaq”-da günahlandırılıb.

1397-ci hicri ilinin türkcə təqvimində Azərbaycan tarixi və türk mədəniyyətini əks etdirən şəkillərlə bərabər, tarixi olaylar və siyasi şəxsiyyətlərlə bağlı məlumat dərc edilib.

Təqvimin çapı ilə əlaqədar birinci həbs, mart ayının 14-də baş verib. İranın təhlükəsizlik qüvvələri Behnam Nurməhəmmədini Tehranda işlətdiyi mətbəədə nəzarət altına almışdılar.

3 ilə 4 həftə Tehranın Evin həbsxanasında Ettelaata məxsus bölmədə sorğu-sual edilildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG